|
Güney azərbaycanlı ədəbiyyatsevərlərin ərsəyə gətirdiyi “Çağdaş tribunu” proqramının növbəti buraxılışında Səhər Xanımın şeiri təqdim edilib.
Kult.az xəbər verir ki, “Qoca ağac” adlanan şeiri qiraətçi Səba Payızan səsləndirib.
Proqramın budəfəki buraxılışının aranjimançısı Sürgün Zənganlı, prodüseri Həsrət Zənganlı, qrafisti Rəha Məhəmmədidir. “Qoca ağac” şeirinin fonunda səslənən musiqi Çingiz Mehdipura məxsusdur.