"Avtobus sürücülərinin məsuliyyətsiz davranışları əvvəlkilərdən çox azdır" - ŞƏRH
Pozuntuların qarşısının alınması üçün BNA-nın əlində çox ciddi rıçaqlar var

"Sürücü məsuliyyətsizliyi ilə bağlı halların aradan qaldırılması istiqamətində görülən işlər öz müsbət nəticəsini verir". Bunu yol-nəqliyyat eksperti Azər Allahverənov deyib. O, avtobus sürücülərin ən çox yol verdiyi nöqsanlardan bəhs edib: “Əvvəlki qədər olmasa da, sürücülərin sərnişinlərlə davranışı zamanı və ya hərəkət anında yol verdiyi nöqsanlar təəssüf ki, hələ də müşahidə edilir. Belə halların aradan qaldırılması üçün Bakı Nəqliyyat Agentliyi sərnişinlərə müraciət edərək bildirib ki, qanunazidd davranışlara yol verən sürücülərlə qarşılaşdıqda dərhal qurumun qaynar xəttinə məlumat versinlər. Burada sürücü məsuliyyətsizliyi deyəndə təkcə inzibati xətalar yox, eyni zamanda sürücülərin sərnişinlərlə və ya digər avtobusların sürücüləri ilə mübahisə etməsi, kobud davranması, siqaret çəkməsi nəzərdə tutulur. Bəzən sürücülərin avtobusu dayanacaqda saxlayıb 10-15 dəqiqəlik getməsi, dayanacaqdan kənarda saxlaması kimi qayda pozuntularına da rast gəlirik. Amma hazırda bu qəbildən olan pozuntuların qarşısının alınması üçün BNA-nın əlində çox ciddi rıçaqlar var”.

Ekspert sürücü özbaşınalıqlarının aradan qaldırılması istiqamətində görülən işlərin öz bəhrəsini verdiyini söyləyib:

“Avtobus sürücülərinin məsuliyyətsiz davranışlarının hələlik tamamilə aradan qaldırılmasa da, belə hallar say etibarilə əvvəlkilərdən çox azdır. Yəni sürücülərlə bağlı şikayətlərə baxılması və müvafiq tədbirlərin görülməsi mexanizmi çox işlək vəziyyətdədir. Sərnişindaşıma xidmətini həyata keçirən şirkətlər qarşısında bu məsələ çox ciddi şəkildə qoyulub.

 

Sürücülərin maarifləndirilməsi, onların kurslara göndərilməsi yenə də davam etdirilməlidir. Məlum məsələdir ki, sürücülər inzibati xətaya yol verdikdə müvafiq qaydada cəzalandırılır. Amma bu kifayət deyil. Sərnişindaşıma ilə məşğul olan şirkətlər də öz məsuliyyətini dərk etməli, hər hansı bir sürücünün hərəkətində bu kimi hallara yol vermək ehtimallarını minimuma endirəcək bir mexanizm qurmalıdır”.

 

“MediaPost”

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti