Yarım əsrə yaxındır ki, Kipr məsələsi həll olunmamış qalmaqdadır.

Ən son İsveçrənin Krans-Montana qəsəbəsində keçirilən görüşmələrdə də məsələnin həllinə yönəlik nəticəyə varılmadı. Lakin müzakirələrdə önə çəkilən “Gueterres çərçivəsi” deyilən həll yolu çox müzakirə edildi. Həm bu, həm də ümumiyyətlə Kipr məsələsəni və onun həll yollarını müzakirə etmək üçün Doğu Akdeniz Universitetinin Beynəlxal münasibətlər fakültəsinin başqanı və eyni zamanda Kipr Araşdırmalar Mərkəzinin direktoru, professor Ahmet Sözənlə müsahibə apardıq.

- Hocam, Kipr məsələsi uzun illərdir, davam etsə də həll olunmayıb. Ada ikiyə bölünmüş vəziyyətdə iki dövlət olaraq idarə edilməkdədir. İllərdir davam edən müzakirələr məsələnin həllinə gətirib çıxarmır. Bunun səbəbi nədədir?

- Mənim fikrimə görə, Kipr məsələsinin kökündə dayanan məsələ iqtidarın, yəni hakimiyyətin ortaq idarə edilməsi, onun paylaşılmasıdır. Xüsusilə də, Kiprli yunanlar adada sayca çoxluq təşkil etdikləri üçün Kiprli türklərlə ortaq dövləti paylaşmağa və onun idarə edilməsi məsələsinə hazır deyillər.

- Onlar məsələnin həllini nədə görürlər?

- Onların istədiyi model odur ki, hər kəsin bir səs hüququ olsun və əksəriyyət onlarda olduğuna görə dövlət idarəçiliyi də onların olsun. Lakin çoxmillətli ölkələrdə işlər belə idarə edilmir. Məsələn, Belçika və yaxud İsveçrəyə baxdıqda görürük ki, orada yaşayan müxtəlif etniklərdən olan xalqlar dövləti bərabər idarə edirlər. Kiprin ən böyük problemi budur: hakimiyyətin paylaşılması və ya belə deyək federal dövlətin qurulmasına və ortaq dövlət idarəçiliyinə Kiprin yunan tərəfi hazır deyil. Bunun ən bariz nümunəsi 2004-cü ildə 76% səslə Annan Planına görə Kiprdə ortaq dövlətin idarə edilməsinə rədd cavabını vermələri oldu.

- Kipr türkləri hansı modelə üstünlük verirlər?

- Kiprli türklər federal həll yolunu daha çox dəstəkləyirlər. Mənim iştirak etdiyim həm yunan, həm də türk tərəfinin araşdırmalarına görə, Kiprli yunanlar birləşməyə hazır deyil.

Sadəcə, yunan tərəfinin razı olmamasıdırmı, məsələ?

- Bundan əlavə qeyd edildiyi kimi Kipr məsələsi illərdir davam edir. 1960-cı ildən başlayan problem 1974-cü il hərəkatı ilə ada ikiyə ayrıldı. 40 il keçib və bu 40 il ərzində hər iki tərəf öz tərəflərində olan ərazini özü idarə etməyə alışdı. Bu, de-fakto vəziyyətə artıq hər iki tərəf də alışmış vəziyyətdədir. Bu da məsələnin həllinə mane olan digər faktordur.

IMAG0950.jpg (2.14 MB)

- Yəni mövcud vəziyyət hər iki tərəfi qane edir?

- Kiprin yunan tərəfi dünyada tanınan hakimiyyət olsa da adanın hər tərəfini idarə etmir. Kiprin türk tərəfi isə tanınmasa da adanın bir tərəfini idarə etməkdədir. Hər iki tərəf isə bütün adaya hakim deyil. Lakin bu de-fakto vəziyyət müəyyən dərəcədə hər iki hakimiyyəti qane edir. Birlikdə idarə edilən dövlətdə yaranacaq qarışıqlıqdansa hər iki tərəf buna alışmış vəziyyətdə üstünlük verir. Yəni bugünki status-kvo irəlidə qurulacaq federal dövlətdən daha cəzbedicidir.

- Həm yunan tərəfinin razı olmamasını, həm də status-kvoya hər iki tərəfin də alışmış olmasını məsələnin həllinə maneə kimi qeyd etdiniz. Xalq, xüsusilə də yunan tərəfi niyə razı olmur və yaxud razı olmayan yalnız yunan tərəfidirmi?  

- Xeyr, hər iki tərəfdə də status-kvonu saxlamaq istəyən qüvvələr var. Lakin yunan tərəfində daha çoxdur.

- Xalqı razı salmaq üçün hansı addımlar atılmalıdır?

- Tərəflər irəlidə qurulacaq federal dövlətdə ortaq məxrəcə gələ bilmirlər. Bu məsələni həll edib xalqla düzgün bir şəkildə fikir mübadiləsində olub razılığını almalıdırlar. Bunu xalq görmədiyi müddətdə irəlidə qurulacaq federal dövlət barədə məlumatsızlıqdan hazırkı status-kvonu qəbul etmiş vəziyyət də qalacaqdır.

- Annan Planını qeyd etdiniz. Bu, məsələnin həllində gəlinə bilən ən önəmli dönüm nöqtəsi ola bilərdi, lakin olmadı. Kipr türkləri “hə” desə də yunan tərəfi “yox” dedi. Buna baxmayaraq ardınca Kipr Avropa İttifaqına üzv qəbul edildi. Avropa İttifaqına üzv olmağın yunan tərəfinə əhəmiyyəti nə idi?

- Kiprin yunan tərəfi 1990-cı illərdən belə bir strategiya qurdu ki, Avropa İttifaqına bölünən Kipri üzv edə bilərlərsə, bütün dünyanın gözündə avantajlı vəziyyətə keçərlər. Çünki Avropa İttifaqına daxil olmaq Aİ-nin yunan Kiprini legitim hakimiyyət kimi tanıması deməkdir. Məqsəd o idi ki, Yunan tərəfi Avropa İttifaqı mexanizmlərindən üstünlük kimi istifadə edib və Aİ-ni arxasına alaraq Türkiyənin üzərinə daha çox basqı qura bilsin. Bununla da Türkiyənin məsələnin həlli yolunda daha çox güzəştə getməsinə imkan yarada bilsin. Çünki o dönəmdə də Türkiyə Aİ-na üzv olmağı hədəfləmişdi. Və bu səbəbdən Avropa İttifaqı hədəf alındı. Onların hesabı  o idi ki, Avropa İttifaqına üzv olmaqla beynəlxalq siyasi arenada Kipr Cumhuriyyətini yunan tərəfinin idarə etməsi tanınacaq. Nəticədə bu yunan tərəfini gücləndirəcək və istədikləri anlaşmanı əldə edəcəklərini hədəfləmişdilər.

- Hocam, gündəmdə ən son dəyirmi masada müzakirəsi düşünülən “Guterres Çərçivəsi” var. Ancak Guterres çərçivəsində ən diqqət çəkən maddə qarant dövlətlərin müdaxilə haqqının qaldırılmasıdır. Bunu necə dəyərləndirərdiniz?

- Bu çərçivə 6 bəndən ibarətdir. Birincisi hakmiyyətin paylaşılması. İkincisi, ekonomik mövzular, üçüncüsü Aİ əlaqələri, yəni birləşmiş Kipri necə Avropa Birliyi ilə harmonizə edə bilərik, üçüncüü mükiyyət məsələləri, yəni yunan və türklərin buraxdıqları mülklərin geri verilməsi və ya mübadilə ola bilər, təzminat məsələləri, dördüncüsü torpaq payı. Yəni Kiprli türklərin kuzeydəki topaqların bir qismini yunanlar verməsi. Ən sonuncusu isə qarant məsələsidi və önəmlisidir. Çünki digər 5 məsələ daxili məsələlərdir, lakin sonuncu məsələ daxili olmayıb  üç qarant dövlətə - Britaniya, Türkiyə və Yunanıstana aid məsələdir. Bunu açıqlamaq üçün biraz tarixə geri dönməliyik.

1960-cı il anlaşmasına görə, bu üç dövlət qarant dövlətlərdir. Anlaşmaya görə, Kiprin təhlükəsizliyi, ərazi bütövlüyü, müstəqilliyi və konstitusion düzənini 3 qarant dövlət qorumalı idi. Üç qarant dövlətin əldə edilən razılaşma əsasında həm vəzifələri, həm də haqları vardır. Haqları odur ki, əgər bu dörd məsələ təhdid altına girərsə bərabər və ya təkbaşına qarant ölkələrin müdaxilə edərək bunları düzəltmək üçün həm vəzifəsi, həm də haqları vardır.

İndiki vəziyyətdə məsələ bundadır ki, əgər həll yolu olacaqsa birləşmiş Kiprin yeni bir təhlükəsizlik sisteminə ehtiyacı var, qarantları demirəm. Üç qarantla Kiprdə həll yolu tapa bilməzsiniz. Ona görə də 2016-cı ilin dekabrında da tərəflər əvvəl Cenevrəyə, sonra fevral 2017-də Pelarant deyilən İsveçrədə başqa bir yerə getdilər ki, təhlükəsizlik məsələsini müzakirə etsinlər. Ən sonuncu isə həm üç qarant, həm də  iki tərəfin də getdiyi iyun ayında Krans Montana müzakirəsi var. Burada bu məsələləri toplayan çərçivələrdin birisi hakimiyyətin paylaşılması, Kiprdə yeni birləşmiş hakimiyyətin qurulması və bunun üçün “rotational presidency” də dediyimiz keçid dövrünün olmasıdır. Digər məsələ bir qisim ərazinin yunan tərfinə verilməsi və bir də qarant məsələsidir.

- Qarant məsələsi qalmalıdırmı?

- Kiprdə köhnə qarant sistemi olmamalıdır. Bu, köhnə sistemdir. Kiprdə qarant anlaşmasının və təktərəfli müdaxilə haqqının qaldırılması və bunun yerinə yeni təhlükəsizlik sisteminin qurulması lazımdır.

- Yəni “Queterres çərçivəsi” müzakirə edilə biləcək həll yolu ola bilərmi?

- Bəli, lakin məsələyə başqa yöndən yanaşmaq lazımdır. 1960-cı il qarant anlaşmasından bu yana Türkiyə və Yunanıstan bölgəsi üçün çox şey dəyişdi. Nəinki bölgə, dünya da dəyişdi. 1960-cı illərin təhlükəsizlik məsələləri ilə 2010-ların təhlükəsizlik məsələsi  eyni deyil. Məsələn, bu gün miqrasiya problemi var, o zaman bu problem yox idi. Bu gün kiber təhlükəsizliyi məsələsi, İŞID deyə bir şey var. Bu gün qlobal insan alveri, qlobal istiləşmə və qlobal epidemiklər var. Bütün bunlar təhlükəsizlik məsələləridir. Bugün Kiprdə belə bir təhlükəsizlik sistemi mövcud deyil. Ona görə də həm bunlara, həm də hər iki tərəfin eyni dövlət içərisində yaşarkən təhlükəsizlik hiss edə biləcəkləri yeni sistem qurulması lazımdır. Məhz bu səbəblərdən “Quetteres çərçivəsi” absurd deyil və sürpriz deyil.

- Əgər vəziyyət belədirsə niyə qarantiya dedikdə hərbi müdaxilə məsələsi önə çəkilir?

- Daxili təhlükəsizlik məsələsini qarant anlaşması ilə həll edə bilməzsiniz. Heç bir qarant dövlət 1960 və sonrakı hadisələrin qabağını ala bilmədi. Heç biri bunu edə bilmədi və konstitusiyanı təmin etmədi.  4-cü maddə müdaxilə haqqını tək məqsədlə edir: konstitusyon quruluşu təsis etmək üçün. İlhaq və ya bölmək üçün deyil.

- Kipr məsələsini digər konfliktlərlə qarşılaşdıra bilərikmi? Bəzən dünyadakı digər məsələlərlə müqayisə edilir, məsələn Kosova və yaxud Kataloniya poblemləri ilə. Sanki bir bənzərlik görülür. Yerli xalq Kosovanın müstəqilliyinin tanınmasını böyük sevinclə qarşıladı. Kataloniyanın da İspaniyadan ayrılmasını dəstəkləyənlər az deyil. Lakin siz kəsinliklə buna qarşı çıxanlardansınız. Xalqların öz müqəddaratını həll etmək haqqını önə sürürlər və bunu yeni dövlət qurmaq tələbi kimi irəli sürürlər. Bu doğrudurmu?

- Hər bir konfliktin bənzər və bənzər olmayan və özünə xas xüsusiyəytləri var. Müstəqillik məsələsinə gəldikdə mən çoxetnikli dövlətlərdə bölünmələrin tərəfdarı deyiləm. Sərhəddi harada qoyacaqsınız, bunun sonu nədir.  Öz müqəddəratını həll etmək kimin haqqıdır, burada obyektiv kriteriyalar varmı yoxdur. Ona görə də hər istəyən etnik qrupa öz dövlətini qurmaq haqqını verərsəniz bugün 190 deyil 590 dövlət olardı. Bu beynəlxalq sistemi xaosa sürükləyər. Mən bu düşüncədəyəm , ona görə də şəxsi fikrim daha çox konsensus əsasında dövlətin idarə edilməsidir. Yəni fərqli qrupların ortaq dövlətin idarə edilməsində rolunun olması . Tək bir dövlət çatısı altında.

Öz müddəqdaratını həll etmək məsələsinə gəldikdə isə 1972-ci ildə BMT yeni  izahat gətirdi. Buna əsasən bu, avtomatik dövlət qurma deyil, müxtəlif etnik qruplara dövlətin idarə edilməsində şərait yaradılması deməkdir. Mövcud olan dövlətin tərkibində, yəni demokratik idarəçiliyə qoşulma haqqıdır. Annan Planı qəbul edilsəydi  buna nümunə ola bilərdi. Əgər bir qrup insan dövlətin idarəçiliyində əngəllənirsə o zaman yeni dövlət qurmaq olar. Məsələn Katalanlara idarəçilikdə olma haqqı verilib. Buna rəğmən istəyirlər. Bu doğru deyil. İraq kürdistan məsələsi də eynidir. Kürdlər idarəçilikdə geniş yerələr əldə etdilər. Bəlli nazirlikləri aldılar və öz bölgələrini idarə etdilər. Daha nə olsun. Əgər bir ölkə etnik qruplara dövlət idarəçiliyi haqqı verilirsə onların ayrı dövlət tələbi məşru deyildir. Bunun sərhəddi yoxdur, obyektiv tərəfi də yoxdur. Bu dünyanı yaxşı yerə götürməz.  Hər qrupa sən kendi dövlətini haqqını verirsən Suriyayı, Türkiyəni , Kanadanı və s. bölməlisən.

- Bölünmələrin qarşısını almaq o qədər də asan deyil amma.

- Bu, bəsit deyil təbii ki. Mənim təklifim  xalqların təhsil və s. vasitələrlə aydınlanması və haqlarının verilməsidir. Əgər ölkələrdə zorla, basqı ilə kimliyini əlindən alırsansa bu zaman qardaşlıq anlayışı itər və  daha güclü problemlər meydana gələr.

- Azərbaycanla Ermənistan arasında Qarabağ konflikti vardır. Sizcə Qarabağ və Kipr məsələsi arasında paralellik varmıdır?

- Konfliktlər bir birindən öyrənə bilər. Mənim    də sahəm konflikt həll yoludur bildiyiniz kimi. Bir konflikt həll olunarkən bir məsələyə diqqət yönəlməsi sağlam nəticə vermir. Yəni nə edilməlidir, nə edilməməlidir bunu araşdırmaq lazımdır. Başqa konfliktlərə həll yolunda baxmağa fayda vardır.

- Hocam, mövzu açılmışkən  bir neçə il bundan öncə Ermənistana səfər etdiniz. Bu birmənalı qarşılanmadı. Hətta Doğu Akdəniz Üniversiteti bu mövzuda açıqlama verərək səfərin şəxsi olduğunu da bildirdi.

- Bəli problem oldu və bu, mənə qəribə gəldi. Mən akademik olaraq bir yerə getməyimdə problem görmürəm. Mənə dünyanın hər yerindən gəlib Kipr məsələsini soruşurlar. Burada qəbahətli bir şey yoxdur. Bunun üzərinə mənim üçüm yunan sevər, və yaxud da erməni sevər kimi ifadələrin işlədilməsi çirkin idi. Gərəksiz idi, mən sadəcə getdim Kiprin problemini anlatdım.

- Dəvət Ermənistandanmı gəlmişdi? Səfərin məqsədi nə idi?

- Mən bir yerə gedərkən dəvət alıb gedirəm və bu dəvət Ermənistandan gəlməmişdi. Finlandiyanın Kriz Menecmenti Təşəbbüsü (Crisis Management Initiative (CMI)) təşkilatı  var, başında keçmiş Finlandya prezidenti durur.  O, Kosova anlaşmasını tərtib edən şəxsdir. Onlar mənimlə əlaqə saxladılar və bildirdilər ki, Gürcüstanda bir qrup orta və üst düzəy bürörkratlara Kipr məsələsini anlatmama istəyirlər. İlk səfər Gürcüstana, ikincisi Ermənistana oldu. Üçüncü Azərbaycanda olacaqdı.

- Amma Azərbaycana getmədiniz...

- Layihə BMT-nin proqramı idi. İlki Gürcüstana edildi, ikinci səfər Ermənistan oldu. Daha sonra isə Azərbaycan olacaqdı. Lakin Azərbaycana səfər baş tutmadı. Proqram durduruldu. Bu gün dəvət alsam ki, Kipr məsələsini gedim danışım, gedərəm Azərbaycana. Burda bir problem görmürəm.

- Hər bir konfliktin özünəməxsus səciyyəvi xüsusiyyətləri olduğunu nəzər alarsaq müxtəlif həll yolları yaranır. Ümumiləşdirmə apararsaq konfliktin həll yolu nədir?

- Konfliktin iki həll yolu vardır. Biri silahla, digəri danışıqlar yolu ilə. Mən danışıraq və diplomatiya ilə konfliktin həll yolundan yanayam. Buna görə danışıqlar aparılmasının tərəfdarıyam. Qeyd etdiyiniz kimi hər bir konfliktin özünəməxsus həll yolu vardır. Birini digərinə nüsxələyib həll etmək olmaz. Bu önəmlidir.

- Hocam hazırda Doğu Akdeniz Universiteti Beynəlxalq münasibətlər departamentinin başqanı və DAÜ akademik üzvüsünüz. DAÜ-də daha çox xarici tələbələrin təhsil aldığı müşahidə edilməkdədir. DAÜ-nu onlar üçün seçiləbilən edən nədir?  

DAÜ beynəlxalq universitetdir. DAÜ yaxşı təhsil və xidmət verir. İndi xarici tələbələr 40% təşkil edir. Bu yüksələn xətt üzrə davam edir.  Təbii ki, bunda bir sıra faktorlar öz rolunu oynayır.

- Hansı faktorlar?

- Birincisi, ingiliscə təhsil və beynəlxaql sistem . Biz Amerikan sistemini istifadə edirik və məlumdur ki, Amerikaya getmək çox çətindir, çünki viza və qiymət fərqi göz qabağındadır. Kiprə gəlməkdə isə viza problemi yoxdur. İkincisi təhsil haqqı Amerikadakından qat-qat azdır. Üçüncüsü DAÜ beynəlxalq akkreditasiya alan universitetdir. Beşincisi isə təhlükəsizlik məsələsidir. Burada tələbələr üçün təhlükəsizlik tam təmin olunur. Ümumilikdə Kipr  yaşam üçün çox güvənli bir yer hesab edilməkdədir.

23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
30 Oktyabr 2024 Ermənilər hələ də mahnılarımızı oğurlayır - musiqi irsimizə necə sahib çıxırıq?
28 Oktyabr 2024 Azərbaycanda "Halloven" bayramını qeyd edənlərin sayı artıb - Psixoloq nə deyir?
17 Oktyabr 2024 Şirniyyat düşkünlərinə bəd xəbər – Risk çoxdur
16 Oktyabr 2024 Alimlər Marsda sirli strukturlar tapdı
16 Oktyabr 2024 Görücü Vanqa ili açıqlayıbmış - Bu tarixdə qiyamət qopacaq
15 Oktyabr 2024 Alimlərindən xəbərdarlıq: Süni intellekt öldürə bilir
14 Oktyabr 2024 Yadplanetlilərlə bağlı ŞOK XƏBƏR: Onların varlığı tezliklə AÇIQLANACAQ
14 Oktyabr 2024 1325-ci ilin xəritəsində Azərbaycan adı - FOTO
14 Oktyabr 2024 Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş? - FOTO
10 Oktyabr 2024 Quyruq yağını bol-bol yeyin, çünki...
07 Oktyabr 2024 Azərbaycanın neçə kəndində internet yoxdur? - Rəsmi açıqlama
03 Oktyabr 2024 Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT

Xəbər lenti