|
Onlar COVID-19-a yoluxan insanların qanında trombosit sayını araşdırıblar. Alimlər vəziyyəti ağır olan 399 nəfərin xəstəlik tarixçəsini araşdırdıqdan sonra, qanda trombositlərin az miqdarının ciddi xəstəlik və ölüm riskini artırdığı qənaətinə gəliblər.
Bu barədə məlumatı "İzvestiya" nəşri yayıb.
Rus mütəxəssislər də bu üsulun koronavirusa yoluxan xəstələrin sağlamlığının qiymətləndirilməsində perspektivli ola biləcəyinə inanırlar.
İnsanlar bu analizdən istənilən xəstəxanada asanlıqla keçə bilərlər.
Bundan başqa alimlərin fikrincə, qanda trombositlərin sayı hemostatik sistemin vəziyyətini, qanın maye vəziyyətini qorumaq və qanaxmanı dayandırmaq üçün cavabdeh olan bəzi məqamları əks etdirir. Elm adamlarının fikrincə, zamnında trombositləri müalicə etməklə, ölüm sayını minimuma endirmək olar.