Xəta
  • Komponent yüklənərkən xəta: com_users, 1
“Təəssüf ki, son illərdə toylar mahiyyətini dəyişib, bir növü rəqabət meydanına çevrlilib. Bəzi işbazlar isə bu tendensiyadan sui-istifadə edərək, münbit psixoloji mühit, saxta rəqabət mühiti formalaşdırıb, fundamental ailə dəyərlərinin zədələnməsi hesabına külli miqdarda pul qazanırlar”.

 Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Komitə sədri deyib ki, mən burada toy biznesini idarə edənləri, ölkə boyu sıralanan şadlıq saraylarını, restoranları nəzərdə tuturam.

“Azərbaycan xalqının adət-ənənələri sırasında ən başlıca yeri toy etmək, oğul evləndirib, qız ərə vermək tutur. Toy yeni bir ailənin təməl qoyma mərasimidir. Hətta mən deyərdim ki, övlad toyu görmək bizdə hər ata-ananın həyatının mənasına, mahiyyətinə çevrilib. Təsadüfi deyil ki, bir insan vaxtsız dünyasını dəyişəndə, ilk növbədə onun övladlarının toyunu görüb-görmədiyi soruşulur. Hə cavabını eşidəndə rəhmətə gedən haqqında “gözü dolu getdi” deyirlər. Bax, biz belə övlad sevən xalqıq... 

Ta qədimdən toy ərəfəsi və sonrası bütün qohum-əqrəba toy evinə yığılar, yeni qurulacaq ailənin çatışmayanlarını müəyyən edər və hər kəs imkan daxilində yeni qurulan ailənin təməlinin möhkəm olması üçün maddi və mənəvi köməklik göstərərdi. Təəssüf ki, son illərdə toylar mahiyyətini dəyişib, bir növü rəqabət meydanına çevrlilib”, - komitə sədri bildirib.

Şadlıq evləri və restoran sahiblərinin xalqın koronavirus pandemiyası kimi çətin dövrdə ortada olmamasına diqqət çəkən komitə sədri bildirib ki, maraqlıdır, illik dövriyyələri çox böyük rəqəmlərlə ifadə olunan “toy biznesmenləri” xalqımızın bu ağır günündə niyə gözə dəymirlər? “İndi onlardan soruşmaq lazımdır, belə çətin günlərdə koronavirusla mübarizədə dövlətə dayaq oldunuzmu, cənab Prezidentin dəstək çağırışlarına qoşuldunuzmu? İmkansız, aztəminatlı ailələrə yardım etdinizmi? 

Müşahidələr belə deməyə əsas verir ki, “toy biznesmenlərinin” əksəriyyəti yoxa çıxıb. Koronavirusla mübarizəyə Dəstək Fonduna ianə köçürən, ehtiyacı olanlara yardım kampaniyası aparan böyük restoran, şadlıq evi sahibləri barmaqla sayılacaq qədər azdır. 

Necə deyərlər, hər işdə bir xeyir var. Fikrimcə, düşdüyümüz bu vəziyyət tələb edir ki, bir daha düşünüb-daşınaq, mövcud toy adət-ənənələrimizə yenidən baxaq. Toylarımızı əvvəlki məcrasına qaytaraq, xüsusən imkansız ailələri illərlə davam edən maddi-mənəvi çətinliyə salan mənasız bəhsəbəsdən, “el nə deyər” düşüncəsindən xilas edək. Belə psixoloji mühitdən sui-istifadə edərək asan yolla böyük pullar qazanan, lakin xalqın ağır günlərində gözə görünməyən işbazlara da bundan sonra çox da fürsət verməyək”- S.Qurbanov bildirib.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti