TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Vasif Əliyevin Day.Az-a müsahibəsini təqdim edirik:

Pandemiya dövrü ərzində aldığımız statistik göstəriciləri müqayisə etsək, deyə bilərik ki, ötən həftə qeyd edilən rəqəmlər öncəki dövrlərə nisbətən xeyli yaxşı olub. Çünki aparılan testlərin sayı artıb, bunun fonunda yeni yoluxma faktlarının sayı isə xeyli azalıb.

Bu, çox müsbət haldır. Dinamikada azalma müşahidə edilir, bazar günü 25 yeni yoluxma faktı qeydə alınıb. Ölənlərin sayına gəlincə, təəssüf ki, bu faktlar var, amma ümumi yoluxanların sayına nisbətdə azdır.

Bizi həmçinin sevindirir ki, Azərbaycanda koronavirusdan sağalanların sayı yeni yoluxanların sayından daha çoxdur. Bu, artıq ölkəmizdə epidemik fəallığın azalmasını göstərir.

Tibbi heyətimiz artıq təcrübəsini daha da artırıb, tibbi müəssisələrimizdə xəstələrin uğurlu müalicəsi üçün bütün şərait var, preparat çatışmazlığı yoxdur.

Hələ bir həftə öncə mən açıqlamamda pandemiyanın pik həddindən ehtiyatla danışırdım. Çünki xatırladım ki, elə günlər var idi ki, bizdə 104-105 yeni yoluxma faktı qeydə alınırdı. Lakin bu gün bizdə vəziyyət dəyişib və deyə bilərik ki, ölkəmizdə pandemiyanın pik həddi artıq geridə qalıb. Bunu demək üçün bu gün əlimizdə yetərincə əsaslar var. Epidemik vəziyyət pozitiv şəkildə dəyişir.

Bununla belə biz yenə ehtiyatlı davranmalıyıq. Yaxşı statistikaya rəğmən, azalma dinamikasını möhkəmləndirməliyik. Bu səbəbdən çox doğru olaraq karantin müddəti uzadıldı. Karantin bu gün dərhal yumşaldılsa, bu, problemlər yarada bilər. Məhdudiyyətlərdə yumşaltma, təbii ki, olacaq, lakin bu, mərhələli şəkildə aparılacaq.

Ümumilikdə Azərbaycanda koronavirusla bağlı vəziyyəti bu gün müsbət qiymətləndirmək olar. Bu, onu göstərir ki, biz doğru yoldayıq, dövlət tərəfindən görülən tədbirlər zamanında və düzgün olub. Düşünürəm ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz pandemiya ilə mübarizədən az itkilərlə çıxacağıq. Azərbaycan koronavirusa yoluxanlar, bu virusdan ölənlər və sağalanların sayı ilə bağlı ən yaxşı statistik göstəricilərə malik ölkələr sırasında yer alıb və bu vəziyyəti nəzarətdə saxlamaq üçün bizdə bütün şərait yaradılıb.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti