Xəta
  • Komponent yüklənərkən xəta: com_users, 1

“COVID-19 infeksiyasına yoluxmuş və ya yoluxmaya şübhəli xəstələrin tibbi təxliyyəsi dərhal xüsusi nəqliyyatda əksepidemik rejimə ciddi riayət edilməklə həyata keçirilməlidir”.

Bu barədə Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin “İnsanlar arasında koronavirusların profilaktikası, diaqnostikası və müalicəsinə dair” hazırladığı təlimatlarda əks olunub.

Bildirilir ki, yeni koronavirus infeksiyasının törətdiyi xəstəliyə yoluxmuş və ya yoluxmaya şübhəli şəxs xüsusi nəqliyyat vasitəsilə təxliyyə edilməlidir. COVID-19-a yoluxmuş xəstələrə tibbi yardım müalicə müəssisələrində təcili, ilkin sanitar-tibbi, ixtisaslaşdırılmış tibbi yardım formalarında həyata keçirilməlidir.

Eyni zamanda qeyd olunur ki, infeksion xəstəliyə yoluxmuş pasiyentlərə təcili, eləcə də təcili ixtisaslaşdırılmış tibbi yardım xüsusi həkim briqadaları tərəfindən göstərilir. Pasiyentin tibbi evakuasiyası üçün bir həkim mütəxəssis, bir feldşer, bir sanitar və bir sürücü ayrılır. Onlar mütləq şəkildə mühafizə geyimində və əlavə olaraq müşəmbə önlükdə olmalıdırlar. Pasiyenti nəqliyyatın daxilində üfüqi vəziyyətdə, arxası üstdə yerləşdirib kəmərlə rəbt etməlidirlər. Təcridedici nəqliyyat tibbi yardım göstərmək üçün lazımi vəsaitlər və dərmanlarla təchiz edilməlidir. Tibb işçiləri xəstənin qəbulunu, təcridedici nəqliyyat boksuna yerləşdirilməsini və müşayiət edilməsini təmin etməlidirlər.

Həmçinin bildirilir ki, koronavirus infeksiyasının dərman profilaktikasının təyin olunma müddəti infeksiya mənbəyi ilə son təmas vaxtından ehtimal olunan inkubasiya dövrü həddində təyin olunur. İnfeksiyanın dərman profilaktikası xəstə ilə təmasdan sonra ilk 48 saat ərzində aparılmalıdır.

Ümumiyyətlə, COVID-19 infeksiyasına yoluxmuş və ya yoluxmaya şübhəli xəstələrlə təmasda olmuş bütün şəxslərə qeyri-spesifik dərman profilaktikasının aparılmalı olduğu qeyd olunub.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti