Bütün dünyaya məlumdur ki, ən çox azərbaycanlı yaşayan ölkə İrandır. Ancaq bir neçə onillikdir ki, burada yaşayan soydaşlarımızın sayı 30 milyon göstərilir, artım dilə gətirilmir. Qeyri-rəsmi rəqəmlərdə bu say 50 milyondan yuxarı qeyd edilir. Rəsmi açıqlamada isə gerçəklik dəfələrlə kiçildilir, guya bu ölkədə 8 milyon azərbaycanlı yaşayır.

Əgər İslam inqilabından sonrakı 40 ildə bu ölkənin əhalisinin sayı 3 dəfə artıbsa, azərbaycanlıların sayı necə dəyişməyə bilər?.

Məsələnin siyasi tərəfinə varmadan sırf statistik göstəriciləri araşdırmağa çalışdıq.

On iki ildir İrandan gəlib Azərbaycanda məskunlaşan Araz Obalı Modern.az saytına açıqlamasında bu günə kimi məsələnin dəqiqləşdirilmədiyini deyir:

“Cənubi Azərbaycanda nə qədər azərbaycanlının yaşadığını rəsmi rəqəmlərlə söyləmək çətindir. Çünki İran dövləti də rəsmi statistik rəqəmlər ortaya qoymayıb. Bu da ən böyük problem yaradır. Üstəlik soydaşlarımızın sayı barədə araşdırma da aparılmır”.

Araz Obalı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin  məsələyə münasibətini də qeyd edib:

“Əslində, bu suala İranın xarici işlər naziri qismən də olsa cavab verib. Belə ki, nazir Məhəmməd Cavad Zərif Türkiyədə qonaq olanda jurnalistlərin sualına belə cavab verib: “İranın  40%-i türk dilində danışır”. Deməli, İran dövlətinin 83 milyon əhalisinin  40%-ni hesablayanda ortaya belə bir rəqəm çıxır: orada 35 milyon azərbaycanlı var”.

Cənubda doğulub xarici ölkələrə mühacir etmiş digər soydaşlarımız isə İranda azərbaycanlıların sayının 50 milyonu ötdüyünü iddia edirlər.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti