Azərbaycanda ilk dəfə “Regionun mətbəx günü” adı ilə milli yemək festivalı təşkil olunacaq.

 

Kult.az xəbər verir ki, avqustun sonunda Qubada keçiriləcək yemək festivalında ölkəmizin şimal bölgəsinə məxsus milli yeməklər nümayiş etdiriləcək.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev Azərtac-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, festivalda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə qədim zamanlardan bişirilən milli yeməklər təqdim olunacaq. Bölgəmizdə yaşayan azsaylı xalqların özünəməxsus mətbəx nümunələrinin tədbir iştirakçılarında böyük maraq oyadacağı gözlənilir.

“Azərbaycan milli mətbəxi təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissələrindən biridir. Milli mətbəximizin tarixi xalqımızın tarixi qədər qədimdir. Azərbaycan kulinariyası öz tarixi kökləri və özünəməxsusluğu ilə xeyli fərqlənir. “Regionun mətbəx günü” adı ilə tədbirin keçirilməsində əsas məqsəd mətbəx nümunələrimizi tanıtmaq, təbliğ etmək və milli yeməklərimizə əl uzadanların qarşısını almaqdan ibarətdir”, - deyə Nazim Ağayev qeyd edib.

Festivalın hazırlıq işlərinə artıq start verilib. Tədbirlə bağlı regiondakı müvafiq qurumların nümayəndələri, bir sıra tanınmış aşpazların iştirakı ilə hazırlıq iclası keçirilib, təşkilati məsələlər müzakirə olunub.

Nazim Ağayev belə tədbirlərin bölgələrin mədəni irsinin təbliği baxımından böyük əhəmiyyətə malik olduğunu deyib. “Azərbaycanın şimal bölgəsi geniş turizm imkanlarına malikdir. Bu regionun qədim tarixi, zəngin mədəniyyət abidələri, eləcə də füsunkar təbiəti yerli və xarici qonaqları cəlb edir. Milli mətbəximizin təbliğ olunduğu festivalın yay mövsümündə keçirilməsi ölkəmizə gələn həm xarici qonaqlara, həm də yerli sakinlərə bölgələrin rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmağa imkan yaradacaq”, - deyə Nazim Ağayev bildirib.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək “Regionun mətbəx günü” adlı milli yemək festivalının gələcəkdə ölkəmizin bütün bölgələrini əhatə etməsi nəzərdə tutulub.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti