Havaların kəskin istiləşməsi böyüklərdən çox, uşaqların səhhətinə mənfi təsir göstərir.

Uşaqlar küçədə oynamağa həvəsli olduqlarına görə onların günəşin təsirinə daha çox məruz qaldıqlarını deyə bilərik.

Bəs uşaqları belə isti havalarda günvurmadan necə qoruyaq?

Axar.az xəbər verir ki, günəşli havaları nəzərə alaraq valideynlər uşaqları səhər saat 11-dən 17:00-dək küçəyə buraxmamalıdırlar. Əgər balacaları çölə çıxarmaq məcburiyyətində qalsalar, mütləq uşağın başına papaq qoymalı və ya çətir tutmalıdırlar. Bundan başqa, əyinə yapışmayan, sintetik olmayan geyimlərə üstünlük verilməsi tövsiyə olunur.

Uşaqlara bol maye, ayran, faydalı qidalar verilməlidir. Mütəxəssislərin fikrincə, belə isti günlərdə uşaqlara davamlı olaraq çay və şirin çay verilməsi düzgün deyil. Bunun əvəzinə adi su vermək lazımdır.

Uşaqları istidən qorumağın ən gözəl yollarından biri də onları gün ərzində tez-tez çimizdirməkdir. Gündə 2 dəfə günün isti saatlarında çimizdirmək daha məsləhətdir.

Belə havalarda uşaqlara yağlı və ağır qidalar vermək doğru deyil. Uşaqlar yüngül qidalanmalı, bol vitaminli, asan həzm olunan yeməklər yeməlidir.

Əgər uşağınızda qusma, başağrısı, hərarətin yüksəlməsi, halsızlıq, süstləşmə, iştahasızlıq müşahidə etmisinizsə, bu, günvurmanın əlamətlərdir. İlk yardım üçün uşağa duş aldırmaq, sərin yerə aparmaq və simptomlara görə qızdırma varsa, qızdırmanı düşürmək lazımdır, belə hallarda təcili yardım çağırmaq mütləqdir.

İstidən qorunmaq üçün kondisionerdən də düzgün istifadə etmək lazımdır ki, bayırdan evə girərkən havanın temperaturu birdən-birə aşağı düşdüyü üçün orqanizmə pis təsir etməsin. Evdə temperatur 24-25-dən aşağı olmamalıdır.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti