|
Bu haqda TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva AzTV-də yayımlanan “Hədəf” verilişində deyib:
“Çox təəssüf hissi ilə qeyd edirəm ki, vətəndaşlar bizim sözlərimizi düzgün başa düşmürlər. Biz karantin rejimindən addım-addım yumşaltmaya gedək dedik. Ancaq onlar elə düşündülər ki, artıq virus bitdi. Bu gün dedik yumşaltmaya gedirik, sabah hamı çıxdı küçələrə... Parklarda o qədər ciddi sıxlıq var idi. Bir nəfər adamı biz maskada görmədik. Hamı sərbəst şəkildə gəzirdi və hesab edirdilər ki, artıq virus bitdi.
Daha çox tənəffüs çatışmazlığı, boğulmalar, yüksək hərarət müşahidə olunur. Hətta mədə-bağırsaq sistemi tərəfindən olan simptomlarla da şikayətlər var.
Biz həmişə deyirdik ki, yaşlılar və xroniki xəstələr daha çox rəhmətə gedir. Bugünkü gündə biz bunun tərsini görürük. Belə davam etsə, bunu hər kəs görəcək. Artıq çox gənc, orta yaşlara gəlir”.