|
Vergilər Nazirliyi balansında olan istifadəsiz qalmış avtomobilləri auksiona çıxarıb.
Axar.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sentyabrın 18-də təşkil edəcəyi hərracda nazirliyin 8 avtomobilini özəlləşdirməyə təqdim ediləcək.
Nazirliyin satmaq üçün müəyyənləşdirdiyi avtomobilləin buraxılış ili 2005, 2006, 2007-ci illərdir.
Hərraca 5 ədəd “Kia Optima”, 3 ədəd isə “Daevo Nexia” markalı avtomobillər çıxarılıb. Avtomobillərin qiyməti isə istehsalı ilinə və istifadəsinə görə 3000 manatla 4200 manat arasında dəyişir.