Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı olan “Florence Nightingale” Xəstəxanalar Qrupunun həkiminin COVID-19 xəstələrinin müalicəsi ilə bağlı tövsiyələr verib.
 
“Şişli Florence Nightingale” xəstəxanasında koronaviruslu xəstələri müalicə edən azərbaycanlı həkim Suada Qasımova koronavirusun insanlarda müxtəlif klinik simptomlarla özünü biruzə verdiyini deyir. Onun sözlərinə görə, ən çox rast gəlinən klinik simptomlar quru öskürək və təngənəfəslikdir. Eyni zamanda, bunlarla yanaşı xəstələrin müəyyən bir qismində oynaq ağrıları da müşahidə edilir. Nadir hallarda klinik simptomlar sırasında ağız dadında və qoxu almada dəyişiklik müşahidə edilir.
 
Bu şikayətlərlə gələn xəstələrdə koronavirusdan şübhələnmək və diaqnostika məqsədilə mütləq PCR testi etmək lazımdır. PCR testi ilə birlikdə mütləq hər 2 ağciyərin rentgenoqrafiyası çəkilməlidir. PCR testinin nəticəsi neqativ olarsa və yüksək dərəcədə COVID-19 şübhəsi olarsa, xəstəyə aşağı dozada ağciyərlərin KT müayinəsi edilməlidir. Ağciyərlərin KT görüntüsündə buzlu şüşə görünməsi koronavirus diaqnozunda ən vacib və spesifik kriteriyadır. Antikor testləri Elisa ilə birlikdə olmadığı təqdirdə diaqnostika etibarlı deyildir.
 
“Diaqnoz qoyulan xəstələrin xəstəxanaya yatışına qərar verərkən istifadə olunan ən mühüm göstərici oksigen saturasiyasıdır. Saturasiyası normal olan xəstələrdə hər 2 ağciyərin yarısından çoxunda tutulma varsa, xəstəxanaya yerləşdirilməsi doğru bir yanaşmadır.Bundan başqa, ümumi vəziyyəti yaxşı olan bəzi qadın xəstələrə, həkimin klinik qərarına görə yatış qərarı verilə bilər.
 
Hal-hazırda xəstəxanaya yerləşdirilməyən xəstələrə edilən ən vacib müalicə Plaquenil müalicəsidir. Plaquenillə birlikdə xəstəni ikincili bakterial super infeksiyadan qorumaq məqsədilə müalicəyə sefalosporin ve flüorokinolon qrupundan olan bir antibiotik əlavə oluna bilər. Xəstəxanaya yerləşdirilən xəstənin müalicəsində isə Plaquenillə birlikdə xüsusilə ağciyərlərdə yayılmış tutulma olan xəstələrdə Favipiravir preparatı istifadə edilməlidir.
 
Bu ikili müalicəyə baxmayaraq tənəffüs sistemi göstəriciləri düzəlməyən xəstələrdə MAS göstəriciləri varsa, yəni, limfopeniya müşahidə olunursa, d-dimer, ferritin və İL-6 yüksəkdirsə, onda bu xəstələrdə müalicədə Actemra kimi İL-6 reseptor antaqonist preparatı tətbiq olunur. Bunları istifadə edərkən ilk gün yüklənmə dozası, ikinci və üçüncü gün 2. və 3. dozalar verilərək müalicəyə son verilir.
 
Ağciyərlərdə yayılmış tutulma olan xəstələrdə tənəffüs sistemi problemlərinin düzəlmədiyi və radiyoloji göstəricilərin artdığı təqdirdə xəstədə kök hüceyrə ilə müalicə düşünülməlidir. Kök hüceyrə müalicəsində ən ideal üsul 4 gün müddətində gündə bir dəfə olmaqla damardaxili və bir dəfə bronxoskopiya vasitəsilə bronxial kök hüceyrəsi verməkdir”.
 
Həkim qeyd edib ki, steroid preparatları ilə müalicə zamanı tənəffüs problemləri yüksək olan xəstələrə hər kq çəkiyə ən çox 2 mq. dərman verilməlidir. Ağciyər fibrozunun qarşısını almaq məqsədi ilə istifadə edilən ən vacib müalicə də kök hüceyrə müalicəsidir. Bu fibroz KT-də bal pətəyi görüntüsü şəklində görülür. Ən vacib simptom kəskin respirator distress sindromudur və bu zaman xəstəyə supin pozisiyası verilməlidir.
 
Beləliklə Covid-19 xəstələrinin müalicə və diaqnostikasında kompleks yanaşma tətbiq edilməli və xəstənin ümumi vəziyyətinə uyğun olaraq həkimin təyinatları davam etdirilməlidir.  /BakuPost/
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti