Orqanizmdə vitamin C çatışmadıqda nə vaş verir?

17 -19-ci əsrlər arası kəskin vitamin C çatışmazlığı nəticəsi olan Sinqa xəstəliyindən 1 milyondan çox dənizçi həlak olmuşdu. Damar divarlarının keçiriciliyinin yüksəlməsi, əsasən diş ətindən qanaxma ilə xarakterizə olunan bu xəstəliyin səbəbi uzun illər tapılmamış və əsasən pnevmoniya ilə ağırlaşdığına görə infeksion mənşəli olduğu düşünülmüşdür.
Medicina.az xəbər verir ki, yalnız 1932-ci ildə vit C-nin sinqaəleyhinə təsiri aşkarlanmışdır. Damarların vacib struktur komponenti olan kollagen sintezi məhz vit C iştirakı ilə getdiyindən onun qıtlığı bu simptomlara səbəb olmuşdur.

Daha sonra Vit C-nin tək kollagen sintezi deyil, həmçinin, başqa həyati vacib funksiyaların iştirakçısı olduğu məlum olmuşdur. Orqanizmdə ümumilikdə 150-dən çox metabolik funksiyada vacib rol oynayır. Onlardan biri də immun hüceyrələrin yaranması və optimal fəaliyyətidir.

Dünyada tüğyan edən COVİD -19 infeksiyasının əsasən hava - damcı və səthlərlə təmas yol ilə yayılması virusun yayılmasını qarşısıalınmaz edib. Xüsusən də yanaşı xəstəlikləri olan insanlarda ciddi fəsadlarla (tənəffüs çatışmazlığı, pnevmoniya, böyrək çatışmazlığı) ağırlaşan, spesifik müalicə metodları olmayan infeksiyadan necə qorunmaq olar? Xəstəliklə mübarizədə ən doğru tədbir - orqanizmin özünün müdafiə qüvvələrinin gücləndirilməsidir.

Hazırda məlumdur ki, immun sisteminin viruslara qarşı muvafiq reaksiya verə bilməsi ücün orqanizmin vit C -nin yüksək konsentrasiyasına ehtiyacı var.

Bu məqsədlə pandemiya dövründə ABŞ-da, Finlandiyada, Çində, Türkiyədə virusla mübarizədə uğurlu nəticələr vermiş Yüksəkdozalı Vitamin C tövsiyə olunur.
Yüksəkdozalı Vitamin C-nin terapevtik faydası tədqiqatlarla sübut olunub. Yüksəkdozalı vitamin C-nin çoxsaylı farmakoloji xüsusiyyətləri sırasında aşağıdakılar immun sisteminə təsir edərək virus infeksiyalarının profilaktika və müalicəsində olduqca əhəmiyyətlidir:

• İmmun sisteminin spesifik hüceyrələri və neytrofillərin aktivliyini normallaşdıraraq virus və bakteriyaya qarşı immun cavabı təmin edir

• Komplement sistemini aktivləşdirir

• İnterferon sintezini artırır

• Antioksidant təsir göstərir

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti