|
Dünən axşam saatlarından etibarən Bakının bəzi ərazilərində kəskin üfunət qoxusu yayılıb. Müəyyən olunub ki, həmin qoxunun mənbəyi Böyükşor gölüdür. İlkin ehtimal odur ki, qoxuya səbəb gölə axıdılan kanalizasiya sularıdır. Digər ehtimala görə, üfunət iyi “Sobsan” boya fabrikində yanğın baş verdikdən sonra yayılmağa başlayıb. Hazırda gölün ətrafında kəskin, dözülməz qoxu var.
Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırma aparılır.