Bir damcı okean suyunda Yerdə iqlimin dəyişməsinə təsir göstərən hədsiz sayda mikroorqanizm var. Alimlər belə dəyişikliklərin nəticələrini tədqiq ediblər.

 

Axar.az xəbər verir ki, Bergen Universitetinin alimləri hələ 1989-cu ildə okean suyunun tərkibindəki mikrooqranizmləri öyrənməyə başlayıblar. Tədqiqatın nəticələri göstərib ki, bir damcı okean suyunda əvvəllər hesab edildiyindən yüz dəfə çox – təqribən 250 milyon virus var. Virusların tərkibi yetərincə müxtəlifdir və çox vaxt təkcə insana deyil, bütövlükdə planetimizə mənfi təsir göstərir.

Rusiya Elmlər Akademiyasının mütəxəssisləri müəyyən ediblər ki, bütün dəniz virusları bir zəncirə düzülsə, onun uzunluğu təqribən 60 qalaktika təşkil edər. Dünya okeanındakı virusların sayı kvintilyonlarla ölçülür. 2016-cı ildə birləşmiş alimlər qrupu DNT viruslarının 125 mindən çox sahəsini tapıb və bu da məlum viruslu genlərdən 16 dəfə çoxdur. Tədqiqatlar göstərib ki, virusların hamısı yetərincə primitivdir və xoşagəlməz mühitə uyğunlaşıb. Virusa yoluxma həqiqətən sianobakteriyaların fotosintez qabiliyyətinə təsir göstərir, bakteriofaqların hücumundan sonra bakterial kulturada karbon qazının fiksajı beş dəfə azalır.

Rusiyalı alimlər bildiriblər ki, su ekosistemlərinin üzvi maddə və biogen elementlərdən ibarət yeni qlobal dövriyyə sistemi - virioplankton biogeokimyəvi və ekoloji proseslərin çoxuna, o cümlədən qidalanma tsiklinə, tənəffüsə və ekosistemin müxtəlif hissələrində maddələrin paylanmasına təsir göstərir. Karbon və azotun dövriyyəsini qiymətləndirərkən virusların rolu nəzərə alınmalıdır, çünki onlar qlobal biogeosiklləri tənzimləyən qida şəbəkələrinin mühüm hissəsidir. Belə çıxır ki, Dünya okeanı bütün planetimizi təhdid edən çox təhlükəli viruslara yoluxub.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti