Alimlər Ayın səthində donmuş suyun mövcudluğu barədə təkzibedilməz sübutların olmasına əmindirlər. Çox qədim mənşəyi olan buzlar Yerin təbii peykinin şimal və cənub qütblərində aşkar olunub.

 

Axar.az xəbər verir ki, bu nəticələr 2008-2009-cu illərdə Ayın səthində tədqiqat aparmış Hindistanın “Chandrayaan-1” kosmik missiyasının təqdim etdiyi faktlara əsaslanıb. Belə ki, bu missiyanın hazırladığı Ayın Mineraloji Xəritəsində buradakı suyun üç halı (maye, bərk və buxar) olduğu əksini tapıb. Cənub qütbündə donmuş su mənbələri kraterlərdə sıx kütlə halında, şimalda isə daha seyrək və geniş əraziyə yayılmış vəziyyətdədir. Xüsusi cihaz vasitəsilə bu buzların udduğu infraqırmızı şüaların miqdarı da müəyyən edilib.

Astronomlar bildirirlər ki, əslində, Ayda gündüz vaxtı 100 dərəcə selsiyə çatan temperatur buz kütləsinin yaranmasına imkan vermir. Lakin Ay öz oxu ətrafında 1,54 dərəcə fırlanaraq əyildiyi üçün cənub və şimal qütbləri günəş şüalarına məruz qalmır. Məhz bu səbəbdən qütblərdəki kraterlərdə temperatur mənfi 157 dərəcə Selsiyə çatır. Ayın iki qütbündə olan bu xüsusiyyətlər isə suyun donmasına və buzların uzun müddət qalmasına şərait yaradır.

Alimlərin fikrincə, kraterlərdə buzun bir neçə millimetr qalınlıqda olması gələcəkdə insanların Ayın səthindəki suyu tədqiq etməsinə imkan yarada bilər.

Günəş sisteminin digər cisimlərində - Merkuri və cırtdan planet Seresin səthində də donmuş su aşkar edilmişdi.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti