|
Alimlər ağciyər xərçənginin yeni müalicə üsulunu tapıblar.
Axar.az xəbər verir ki, onlar xərçəngin yaranması ilə 15q25 xromosomu arasında müəyyən əlaqə olması fikrindən yola çıxaraq, yeni üsul kəşf ediblər. Bu xromosom insan orqanizmində baş verən mühüm bioloji proseslərə nəzarət edir və immun sisteminə təsir göstərir.
Alimlərə görə, qeyd edilən xromosomun təsirini dayandırmaqla ağciyər xərçənginə qalib gəlmək olar.