|
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi maarifləndirici şüarlar əks olunan plakatlar hazırlayıb. Avtosfer.az xəbər verir ki, Bakı şəhərinin inzibati ərazisinə daxil olan məktəblərin önünə vurulması nəzərdə tutulan lövhələrdə azyaşlı şagirdlərin nəzarətsiz buraxılması, piyada keçidlərindən istifadə edilməsi, dərslərdə şagirdlərə yol hərəkəti qaydaları haqqında məlumat verilməsi, karantin qaydalarına riayət olunması öz əksini tapıb.
Plakatlar bugündən etibarən yol polisi əməkdaşları tərəfindən məktəblərin önünə vurulacaq və eyni zamanda karantin qaydalarına uyğun olaraq təbliğat işləri davam etdiriləcək.