Alkoqollu içkilərin insan orqanizminə təsiri ilə bağlı yeni tədqiqatın müəllifləri qəti nəticəyə gəliblər:

spirtli içkilərin hər hansı dozası insan orqanizminə zərər verir və hökumətlər insanlara bu zərərli vərdişdən birdəfəlik çəkinməyi tövsiyə etməlidir.

Axar.az xəbər verir ki, bu qəti rəyin müəllifləri ABŞ-ın Vaşinqton Universitetinin tədqiqat qrupuna daxil olan alimlərdir. Aparılan geniş tədqiqatın “Lancet” tibb jurnalında dərc olunan nəticələrinə görə, 2016-cı ildə alkoqollu içkilər 2,8 milyon insanın ölümünə səbəb olub.

Tədqiqatın nəticələrinə görə, gündə 1-2 qədəh pivə, yaxud şərab içməyin sağlamlıq üçün təhlükəsiz olması barədə fikirlər də yanlışdır. “Elmi nöqteyi-nəzərdən sübut olundu ki, spirtli içkilərin təhlükəsiz dozası yoxdur”, -deyən tədqiqat müəllifləri bu yanaşma tərzinə qəti mövqelərini bildiriblər.

Alimlər ABŞ-ın Sağlamlığın Qiymətləndirilməsi İnstitutunun 1990-2016-cı illərdə dünyanın 195 ölkəsində apardığı tədqiqatların nəticələrindən də istifadə ediblər. Bu müddətdə aparılan 529 tədqiqat nəticəsində alkoqollu içkilərdən istifadə edən 28 milyon insanın sağlamlığının pozulması faktları qeydə alınıb. Gündə bir qədəh qırmızı şərabın ürək-damar və şəkərli diabet xəstəliklərinə faydalı olması barədə fikirlər də bu tədqiqat zamanı təkzib olunub. Hətta spirtli içkilərin onkoloji xəstəliyə tutulma ehtimalını artırması, xüsusilə qadınlarda döş xərçənginin yayılmasında mənfi rol oynadığı da müəyyən edilib. Belə ki, Britaniyada hər 13 onkoloji xəstəlikdən birinin alkoqol mənşəli olduğu üzə çıxıb. Gənclərdə isə vərəm xəstəliyinin böyük bir hissəsinin, habelə yol qəzaları və intiharların çoxunun spirtli içkilərlə əlaqəli olduğu məlum olub.

Tədqiqatlar onu da göstərib ki, dünyada hər üç nəfərdən biri – 2,4 milyard insan müəyyən fasilələrlə spirtli içkilərdən istifadə edib. Alkoqollu içki içənlərin dörddəbiri qadınlar, 39 faizi isə kişilərdir. Ən çox spirtli içki istifadəçiləri Danimarkadadır. Bu ölkədə qadınların 95,3 faizi, kişilərin isə 97,1 faizi alkoqollu içki içir. Ən az spirtli içki içilən ölkələr isə Pakistandır (0,8 faiz).

Tədqiqatın rəhbəri, professor Emmanuella Cakidounun sözlərinə görə, bəzi ölkələrdə alkoqollu içki istifadəçilərinin sürətlə artması sağlamlıq problemləri ilə yanaşı, iqtisadi və sosial çətinliklərə də səbəb ola bilər. “Hökumətlərin bu sahədə sərt nəzarət tədbirləri həyata keçirməsi həyati əhəmiyyət daşıyır. Bütün dünyanın bu cür tədbirlərə və alkoqoldan xilas olmaq üçün sağlamlıq proqramlarına ehtiyacı var. Bu tədbirlərə spirtli içkilər üzərində vergilərin artırılması, satış saatlarının məhdudlaşdırılması, reklamların qadağan edilməsi daxildir”, - deyə professor hökumətlərə tövsiyələrini açıqlayıb.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti