08:45

Bu gün kinorejissor, Azərbaycan SSR xalq artisti Tofiq Tağızadənin ölümündən 20 il ötür.

 

Kult.az xatırladır ki, o, 1919-cu il fevralın 7-də Bakıda anadan olub. 1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayan Tofiq Tağızadə 50-ci illərdə çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirib. O, "Görüş", "Uzaq sahillərdə", "Əsl dost" filmləri ilə milli kinomuzda öz dəsti-xətti ilə seçilən bir rejissora çevrilib.

"Mən ki gözəl deyildim", "Yeddi oğul istərəm", "Bağ mövsümü", "O dünyadan salam", "Babamızın babasının babası" kimi filmlərə quruluş verən və izləyicilərinin sevgisini, marağını qazanan rejissor, eyni zamanda, "Dədə Qorqud" dastanının motivlərini kinoya gətirən ilk kinorejissordur.

Tofiq Tağızadə dəyərli sənətkar olmaqla yanaşı, həm də vətənpərvər insan idi. “Yeddi oğul istərəm“ filminin çəkilişləri başa çatandan sonra Moskvada qızğın müzakirələr başladı. Əksəriyyət quruluşçu rejissor Tofiq Tağızadənin öz filminin bəzi epizodlarını Hollivudun məşhur “Möhtəşəm yeddilik“ filminə bənzətdiyini deyir və onu qınayırdı. Belə ittihamlara Tağızadənin cavabı qısa və qəti oldu. O dedi ki, Azərbaycan bəyləri Cıdır düzündə at çapanda Kolumb hələ Amerikanı tapmamışdı.

Qeyd edək ki, Tofiq Tağızadə 27 avqust 1998-ci ildə Bakıda vəfat edib.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti