Əbəs yerə deməyiblər, Azərbaycan qəhrəmanlar diyarı, igidlər və cəsurlar yurdudur. Bunu Vətən müharibəsində işğalçı düşmənə qan uddurub, onları torpaqlarımızdan qovan Rəşadətli Ordumuz bir daha bütün dünyaya sübut etdi.

Cəmi 44 gün davam edən Vətən Müharibəsində Azərbaycanın mərd oğulları Qarabağda qəhrəmanlıq dastanı yazdılar. Bu yeni dastan 2783 igidimizin canı bahasına yazıldı.

Vətən uğrunda son damla qanına qədər vuruşaraq şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızdan biri də ölümündən sonra Müzəffər Ali Baş Komandanın Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif olunan polkovnik-leytenant Mehman Şirvanovdur.

Ölkə.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Mehman Mirəziz oğlu Şirvanov 1980-ci il fevralın 24-də Lənkəranın Ürgə kəndində dünyaya göz açıb.

O, 1986-1997-ci illərdə orta təhsilini kənd məktəbində alan Mehman 1998-2002-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində oxuyub. Hərb sənətinə yiyələn zabit Mehman Şirvanov 23 il ərzində Naxçıvan, Yevlax, Tərtər və Goranboy rayonlarında nümunəvi və qüsursuz xidmət edib.

Xidmət dövründə bir sıra xarici ölkələrdə, o cümlədən Rumıniyada, Türkiyədə və NATO tərəfindən təşkil olunan ixtisasartırma kurslarına qatılıb. O, 2016-cı ildə Aprel döyüşlərində böyük igidlik göstərib.

Qəhrəman zabitimizin sonuncu döyüşü Murovdağda olur. Mehman Murovdağ yüksəkliyinin erməni təcavüzkarlarından azad edərkən sentyabrın 27-də qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin Sərəncamı ilə polkovnik-leytenant Mehman Şirvanov ölümündən sonra “Qarabağ” ordeni ilə təltif edilib.

Müzəffər Ali Baş Komandanın bu təltifi şəhidin atası Mirəziz Şirvanovu bir daha qürurlandırıb:

“Mehmanın “Qarabağ” ordeni ilə təltif olunmasını televiziyadan öyrəndim. Qəhrəman oğlumla bir daha qürur duydum. Orduda 23 il ərzində şərəflə xidmət edən, Vətən uğrunda canından keçən oğlumun fədakarlığını qiymətləndirdiyinə görə Müzəffər Ali Baş Komandanımıza minnətdaram. Oğlum cəsur zabit idi. Vətən müharibəsində Lənkəran rayonunun ilk şəhididir.

Qarabağımızın azad edilməsi uğrunda müharibədə Vətən qarşısında borcunu layiqincə yerinə yetirdi və “Qarabağ” ordeni ilə də təltif olundu. Mənim ən böyük təsəllim Vətən müharibəsində Zəfər qazanmağımızdır. Biz Qələbə qazandıq, Mehman kimi yüzlərlə şəhidimizin, qazimizin qanı yerdə qalması, onların qisası alındı, Qarabağı azad etdik”.

Şəhidin atası bildirib ki, Mehman hələ uşaqlıqdan mərdliyi ilə seçilirdi. Həmişə evə gələndə deyərdi ki, hər birimiz döyüş əmrinə hazır olmalıyıq. Mehman kimi zabitlərimiz düşməni məhv etmək arzusu ilə alışıb-yanırdılar.

Qəhrəmanın qardaşı Nəriman Şirvanov da Mehmanın hərbçi peşəsini məhz bu səbəbdən seçdiyini deyib: “Hələ uşaq olarkən bizə demişdi ki, Qarabağ işğaldan azad ediləcək, işğalçılar torpaqlarımızdan qovulacaqlar. Ancaq zamanı var, biz ordumuzu daha da gücləndirməliyik.

Ona görə hərbçi peşəsini seçdi. Qardaşım qətiyyətli və cəsarətli insan idi. O, orduda 23 il nümunəvi xidmət etdi. Ən böyük arzusu Qarabağın işğaldan azad olunması idi. Mehman arzusuna çatdı, Qarabağımız azaddır. İndi onun ruhu şaddır”.

Qırx yaşında şəhidlik zirvəsinə ucalan Mehman iki yaşlı qızı Nurayı əmanət qoyub. Vətən müharibəsində mənfur düşmənə ağır zərbə vuran, layiqli dərs verən şəhidlərimiz qəhrəmanlıq salnaməsinə adlarını yazdırmaqla doğma yurdumuz bölünməzliyini bütün dünyaya sübut etdilər.

Qüdrətli Ordumuz əsl qəhrəmanlıq və rəşadət göstərərək doğma torpaqlarımızı cəmi 44 gün ərzində düşməndən azad etdi. Xain düşmən torpaqlarımızdan qovuldu. Mehman kimi minlərlə Vətən övladının misilsiz qəhrəmanlığı, vətənpərvərliyi, qələbə əzmi sayəsində Azərbaycan Ordusu Zəfər çaldı. İndi hər bir şəhidin ruhu şaddır.

 

 
  •  

 

 
 
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
30 Oktyabr 2024 Ermənilər hələ də mahnılarımızı oğurlayır - musiqi irsimizə necə sahib çıxırıq?
28 Oktyabr 2024 Azərbaycanda "Halloven" bayramını qeyd edənlərin sayı artıb - Psixoloq nə deyir?
17 Oktyabr 2024 Şirniyyat düşkünlərinə bəd xəbər – Risk çoxdur
16 Oktyabr 2024 Alimlər Marsda sirli strukturlar tapdı
16 Oktyabr 2024 Görücü Vanqa ili açıqlayıbmış - Bu tarixdə qiyamət qopacaq
15 Oktyabr 2024 Alimlərindən xəbərdarlıq: Süni intellekt öldürə bilir
14 Oktyabr 2024 Yadplanetlilərlə bağlı ŞOK XƏBƏR: Onların varlığı tezliklə AÇIQLANACAQ
14 Oktyabr 2024 1325-ci ilin xəritəsində Azərbaycan adı - FOTO
14 Oktyabr 2024 Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş? - FOTO
10 Oktyabr 2024 Quyruq yağını bol-bol yeyin, çünki...
07 Oktyabr 2024 Azərbaycanın neçə kəndində internet yoxdur? - Rəsmi açıqlama
03 Oktyabr 2024 Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT
30 Sentyabr 2024 Çörək sevgisi sağlamlığımıza meydan oxuyur: Mütəxəssislərdən həyəcan siqnalı

Xəbər lenti