Tütündən istifadə edilməsi bütün dövrlərdə ən böyük bəlalardan biri kimi qəbul olunub.

Zaman keçsə, əsrlər ötsə də, bu gün də onun zərərli təsirinə məruz qalanlar həm özlərinin, həm də ətrafdakıların sağlamlığını təhlükə ilə üz-üzə qoyurlar.

Axar.az xəbər verir ki, Azərbaycan Tibb Universiteti Tədris-Terapevtik Klinikasının pulmonologiya şöbəsinin müdiri Əlizamin Sadıqov bununla əlaqədar deyib: “Dünya Səhiyyə Təşkilatının ekspertləri araşdırma nəticəsində belə bir rəyə gəliblər ki, siqaret çəkənlərin demək olar ki, hamısı bu zərərli vərdişi yeniyetmə yaşında öyrənməyə başlayıb. Bəzən yeniyetmə maraq və həvəs naminə bir neçə qullab vurduğu zərərli vərdişdən qurtulmaq üçün çox böyük əziyyət və zəhmət çəkir. Aparılan tədqiqatlar göstərir ki, valideynlərin, ictimaiyyətin və səhiyyə təşkilatlarının birgə səyi ilə siqaret çəkənlərin sayını il ərzində 25 faizə qədər azaltmaq mümkündür. Dünya əhalisinin təxminən 26 faizə qədəri, yəni 1,3 milyard nəfərə yaxını tütündən istifadə edir. Onlar il ərzində 500 milyard siqaret çəkir və ətrafdakıları passiv tütünçəkməyə məruz qoyur. Məsələ burasındadır ki, passiv siqaret çəkənlər də onlar kimi kardiovaskulyar, enfizema, sidik kisəsi, ağciyər, mədə xərçəngi kimi, bunlardan əlavə xroniki bronxit, mədə yarası və digər xəstəliklərə tutulurlar”.

Qadınlar arasında siqaretçəkmə halları daha çox narahatlıq doğurur. Pulmonoloqun dediyinə görə, cəmiyyətdə qadınlar arasında bu sahədə artım tendensiyası müşahidə olunur. Son 20 ilin məlumatına əsasən kişilər arasında siqaretçəkmə 4 faiz azaldığı halda, qadınlar arasında 0,4 faiz artım var. Siqaretdən istifadəyə nə qədər tez başlanılırsa, onun fəlakətli nəticələri də o qədər ağır olur. Hamilə qadının siqaret çəkməsi dünyaya gələn körpədə çəki azlığı, fiziki inkişafdan qalma, astma xəstəliyi, respirator infeksiyalarının yüksək olma ehtimalını yaranır. Dünya alimləri belə bir qənaətə gəliblər ki, bətndaxili uşaq ölümünün birinci səbəbi hamilə qadının siqaret çəkməsidir. Yaxud valideynlərdən birinin siqaret çəkməsi tütünün təsirindən hətta 2-3 aylıq körpənin qəfləti ölümünə səbəb ola bilər.

Pulmonoloq daha sonra deyib:

“Siqaret tüstüsünün ilk targeti, başqa sözlə desək, hədəfi ağciyərlərdir. Yeniyetmə və gənclər arasında maarifləndirmə işi aparmaqla onları zərərli vərdişin təsirindən uzaqlaşdırmaq lazımdır. Siqaret çəkənlə həkimin apardığı 3 dəqiqəlik söhbət onlarda imtinaya motivasiyanı 25 faiz gücləndirir. Əslində isə bütün xəstəliklərin ilkin profilaktikası siqaretdən tam imtina etməkdən ibarətdir”.

13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
30 Oktyabr 2024 Ermənilər hələ də mahnılarımızı oğurlayır - musiqi irsimizə necə sahib çıxırıq?
28 Oktyabr 2024 Azərbaycanda "Halloven" bayramını qeyd edənlərin sayı artıb - Psixoloq nə deyir?
17 Oktyabr 2024 Şirniyyat düşkünlərinə bəd xəbər – Risk çoxdur
16 Oktyabr 2024 Alimlər Marsda sirli strukturlar tapdı
16 Oktyabr 2024 Görücü Vanqa ili açıqlayıbmış - Bu tarixdə qiyamət qopacaq
15 Oktyabr 2024 Alimlərindən xəbərdarlıq: Süni intellekt öldürə bilir
14 Oktyabr 2024 Yadplanetlilərlə bağlı ŞOK XƏBƏR: Onların varlığı tezliklə AÇIQLANACAQ

Xəbər lenti