Pik həddə doğru gedən koronavirus pandemiyası insanları yeni şərtlərlə yaşamağa məcbur edir. İndi hər kəs pandemiyadan sağ çıxmaq barədə düşünür. Çoxumuz bəzi qaydaları bilirik, amma hardasa səhv edib, nələrisə nəzərdən qaçırıb virusu özümüzlə evimizə gətiririk.

"Ölkə.Az" özünü və əzizlərini düşünərək, bu çətin günlərdən sağ-salamat çıxmağı qarşısına məqsəd qoyan insanlar üçün 15 taktiki təlimatı toplayıb.

Bunlara əməl etsəniz kifayətdir:

1.Lazımsız yerlərə getməkdən çəkinmək, dost, rəfiqə, tanışlardan uzaqlaşmaq – düşünün, əgər xəstəliyə yoluxsaz, hansı yerlərə getməyinizə peşman olarsız? Məhz o yerlərdən də uzaq durun. Karantində olsaz, xəstələnsəz zatən dostlarınızı, qohumlarınızı sizlə görüşməyə qoymayacaqlar. Deməli, onlar da sizsiz çox gözəl keçinə bilər.

2. İşləyən insanlar – evdən bir dəfə çıxıb, evə bir dəfə qayıtmalısız. Evə dəfələrlə girib-çıxmaq olmaz. Əgər gedirsizsə, bunu nəzərə alın.

3. Evə çöldən, işdən, marketdən qayıdan insan üst geyimini və ayaqqabısını çöldə çıxarmalı, havalandırmağa qoymalı, daha sonra ailə üzvlərindən heç kimlə görüşmədən, danışmadan vanna otağına keçərək, isti su altında yuyunmalı, əl-üzünü, burnunun içini sabunla yumalı, boğazını isti duzlu su ilə qarqara etməli.

Daha sonra hər hansı dezinfeksiya edici məhlulla əllərini, saçını, burnunu dezinfeksiya edib, ondan sonra ailə üzvlərinə, uşaqlarına qarışmalıdır.

4. İş yeri, gündəlik əşyalar, telefon, maşının içi dezinfeksiya olunmalıdır

5. Liftlə yox, pilləkənlə çıxın.

6. Cibinizə hər hansı kiçik əşya qoyub, lift düyməsi və ya hər hansı əşyaya onunla toxunun.


7. Maska nə qədər qorumur deyilsə də, hər gün evdən çıxıb 5-8 saat çöldə olan şəxs respirator maska taxmalıdır. Harada görsəniz, əldə edin.

8. Hazır qidalar, kiminsə bişirdiyi yemək, küçədə qidalanma, zərərli qidalar, konservant məhsullardan imtina edin. Şübhəli adamlardan nəsə alıb yeməyin. Açıq bazarlardan çox məhsul almayın

9. Evi, qapını, maşının içini, pilləkənləri, hamamı xlor tərkibli yuyucu vasitələrlə gündə 1 dəfə yuyun.

10. Kim olur, olsun, əl verib görüşmək, öpüşmək olmaz

11. Liftə, avtobusa, vaqona, marketə adam az olduğu vaxtlarda gedin, harda 3-5 adam var, ordan uzaqlaşın.

12. Hər gün bol maye, şorbalar için, yaxşı qidalanın, zülal, protein, vitaminli ərzaqlar seçin, qatıq yeyin. Çay, energetik içki, Cola, qəhvə az qəbul edin.

13. Vitamin C ehtiyatını artırın, venadaxili inyeksiya edə bilərsiz

14. Bu ərəfələr yaşlı nənələr, babalar, hər gün küçədə olan kişilər uşaqlarla birgə yatmasın, onları yataqlarına buraxmasın.

15. İmmunitetinizi möhkəmlətmək üçün yeməklərə bol istiot, ədviyyatlar, eləcə də müxtəlif ətirli bitkilər, zəfəran, sarıkök istifadə edin, dərman bitki çaylarından alın. Bu işdə sizə aptekdə kömək edərlər.

Bu qaydaların hamısına dəqiqliklə, özünün və millətin naminə əməl edənlər mütləq koronavirusdan qoruna biləcək.

Özünüzü qorumaqla ailənizi, yaxınlarınızı bəladan xilas edin! medicina.az

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti