44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycanın yüzlərlə vətənpərvər oğulu canından keçib.

Vətən müharibəsində iştirak edən həkimlərimiz də az deyil.

"Ölkə.Az" xəbər verir ki, onlardan biri tibb xidməti baş leytenantı Cəmşid Qiyaslıdır. O, N saylı hərbi hissənin kəşfiyyat taborunun həkimidir.

O, 1992-ci ildə Şirvan şəhərində anadan olub. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunu olub. Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.
2015-ci ildə düşmən xidmət etdiyi taboru minaatanlardan atəşə tutanda yaralanıb. Amma o, bu vəziyyətdə 20 yaralıya yardım edib.

“Canavar” ləqəbli C.Qiyaslı “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. 

Oxu.Az-a danışan C.Qiyaslının sözlərinə görə, müharibə zamanı əsgərlər həm döyüşür, həm də həkimləri qoruyurdular:

“Bir gün Füzuli istiqamətində gedən döyüşlərdə bizim qrup çətin vəziyyətə düşdü. Səkkiz saat olduğumuz yerdə qaldıq, çox şiddətli döyüş gedirdi, yaralılarımız var idi. Əslində çətin vəziyyətdən tez çıxa bilərdik. Amma qrup komandiri dedi ki, ya yaralılarımızı, şəhidlərimizi buradan çıxaracağıq, ya da hamımız şəhid olacağıq. 

Səngərdə sürünərək yaralılarımıza əlimdən gələn bütün tibbi yardımı elədim. Qrupumuz həmin gün möhtəşəm taktikayla düşdüyümüz vəziyyətdən çıxdı. Ondan sonra hərbçi yoldaşlarım mənə “Canavar” ləqəbi verdilər. Döyüş başlayan gündən bitənə qədər yardım etdiyim bütün yaralılar indi sağ-salamatdırlar. Bu, mənə ən böyük mükafatdır”.

 

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti