Yer üzündə həyat tərzinə, mədəniyyətinə, yeməklərinə, qayda-qanunlarına görə bir-birindən kəskin şəkildə fərqlənən insanlar var.

Bu insanların bir hissəsi hələ də qəbilə, tayfa halında yaşayır. Nə qədər çətin olsa da, 21-ci əsrdə meymun əti yeyən, ölülərini oturaq şəkildə basdıran qəbilələr var. Onlardan biri də Route qəbiləsidir.

Publika.az oxucularına Nepalın mərkəzində yaşayan və qeyri-adi adətləri ilə seçilən Route qəbiləsi haqqında maraqlı faktları təqdim edir:

 

Route qəbiləsinin tərkibində yaşayan insan birlikləri Nepal xalqı tərəfindən ikinci sinif insanlar kimi görülür. Bu səbəbdən qəbilə əhalisi onları qəbul etməyən modern həyatdan imtina edərək öz yaşantılarını bu cür davam etməyə üstünlük verir. Bu qəbilənin üzvləri etnik kimliklərinə sıx bağlıdırlar. Onlar inanırlar ki, kral nəslindən törəyiblər və bu krallıq onlar tərəfindən davam etdiriləcək.

Bu qəbilənin yaşam tərzini isə ilk dəfə danimarkalı fotoqraf Can Moller çəkib. Ötən il Nepalın Accham bölgəsində, meşənin dərinliklərində yaşayan Route qəbiləsini çəkmək üçün gedən fotoqraf meşənin kralı adlandıran qəbilə üzvləri ilə yaxından tanış olub.

 

Fotoqraf deyir ki, onların heç bir maddi imkana, mülkə ehtiyacları yoxdur. Sahib olduqları hər şeyi ortaq şəkildə qəbilə camaatı arasında paylaşırlar. Köçəri həyat sürdükləri üçün yanlarında özləri ilə daşıya biləcəkləri az sayda yüngül əşyalara üstünlük verirlər.

 

Hər qəbilənin özünəməxsus maraqlı adətləri olur. Route qəbiləsi isə öz ölülərini oturaq halda dəfn etmələri ilə məşhurdur. Onlar düşünür ki, belə dəfn olunan ölülərin ruhu cənnətə daha tez çatır. Daha maraqlısı isə odur ki, onlar ölülərini harda öldüsə, orada da dəfn edib həmin ərazidən uzaqlaşırlar. Onlar heç vaxt ölülərin basdırıldığı ərazilərə yaxın yaşamırlar.

 

Bu qəbilənin daha bir maraqlı yönlərindən biri meymun ovçuları olmalarıdır. Onlar meymunları ovlamaq üzrə sözün əsl mənasında, ustadırlar. Meymunları ovlamaqla qalmır, həmdə onun əti ilə qidalanırlar. Əlavə olaraq qəbilə üzvləri meşədəki ağacları doğrayaraq kənd camaatına satır. Əvəzində isə pul yox, özlərinə yetəcək qədər taxıl, səbzə və s. bu kimi qidalar alırlar. Lakin yenə də onların əsas məşğuliyyətləri Langur və Makaka meymunlarını ovlamaqdır.

 

Raute qəbiləsi meşə həyatına o qədər bağlıdır ki, onlar toxum əkməyin günah olduğunu düşünür və kənd təsərrüfatı ilə məşğul olmurlar. Qəbilənin diqqət etdiyi məqamlardan biri də ağacları doğrayarkən xüsusi seçim etmələridir. Route qəbiləsinin üzvləri hər ağac növünü kəsmir.

 

Belə ki, qəbilə üzvləri bir qayda olaraq nadir və nəsli tükənməkdə olan ağacları kəsmirlər. Sadəcə geniş yayılmış, çox olan ağacları kəsərək onlardan istifadə edirlər.

 

Qəbilədə qadınlara ova çıxmaq qadağandır. Son məlumatlara görə, qəbilənin hazırda 156 üzvü qalıb. Əlavə olaraq onu da qeyd edək ki, bu qəbilə bu günə kimi yaşamını sürdürə bilən dünyanın ilk qəbilələrindəndir.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti