Populyar "WhatsApp" messencerində köhnə problem – eyni vaxtda bir neçə qurğuda işləməyin qeyri-mümkünlüyü həll ediləcək. Bu barədə "WABetaInfo" portalı yazıb.
Şirkət "WhatsApp" messencerinin eyni vaxtda yalnız bir neçə qurğuda işləməsini deyil, həm də smartfona qoşulmadan işləyən veb-kliyenti sınaqdan keçirir. Hazırda sözügedən messencer konkret qurğu və telefon nömrəsinə bağlı işləyir.
Hələ ki yeni funksiya beta-test mərhələsindədir. sfera.az