|
İlk dəfə 1999-cu ildə Malayziyada aşkarlanan Nipah və ya NiV virusu qripə, eləcə də koronavirusa bənzər simptomlara malikdir.
Trend məlumatına görə, Nipah virusunun əlamətlərinin qızdırma, boğaz ağrısı, baş ağrısı, əzələ ağrısı, ürək bulanması olduğu ortaya çıxıb. Virus ən çox ağciyər və beyinə təsir göstərir. Xəstələrdə başgicəllənmə və şüur qarışıqlığı yaranır. Bundan əlavə, kəskin ensefalit inkişaf edə bilər.
Bildirilib ki, infeksiyanın inkubasiya müddəti 4 ilə 45 gün arasındadır. Xəstəliyin müalicəsi üçün vaksin və ya virusa qarşı dərman yoxdur. Bundan əlavə, virus COVID-19 ilə müqayisədə daha ölümcüldür.
İndiyə qədər bilinən əksər hallarda insanlar heyvanlardan yoluxublar.