Şamanizm bu gün də dünyanın müxtəlif yerlərində yaşayan insanların inanc sistemidir.

Hazırda bir çox ölkədə bu sistem varlığını qorumasa da, müəyyən ənənələrinə məişətimizdə rast gəlirik.

Kult.az şaman köklərimizdən gələn və hazırda da mövcud olan bəzi ənənələri təqdim edir:

1. Asqırana “sağlam ol” demək

Asqıraq qarşılığında “sağlam ol” deməyimizə səbəb odur ki, Şamanizm inancına görə, qədim türklər ruhun nəfəsdə olduğuna inanırdılar. Asqıraq zamanı ruhun bədəndən ayrılmasından qorxulur və “sağlam ol” deyərək xoş niyyət, narahatlıq bəyan edilirdi.

2. Qapıda oturmamaq

Şamanizmə inanan qədim türklərdə bəzi heyvanlar çox sevilir. İnsan qədər dəyər görən atların öldükdən sonra sahibinin qapısında gözlədiyinə inanılırdı. Dolayısı ilə qapıda oturaraq, heyvanın ruhunun incidildiyi düşünülürdü.

3. Nəzər inancı

Bəzi insanlar qeyri-adi özəlliklərə sahib olduğu üçün baxışları ilə qarşılarındakılara zərər verə, pislik edə biləcəyinə inanılırdı. Bunun qarşısını almaq üçün isə göz muncuğu kimi bəzək əşyaları taxılır. Bu inanc da şamanizmdən gəlir.

4. Gedənin arxasınca su tökmək

Şaman mədəniyyətində su müqəddəs təbiətin mirasıdır. Su bərəkətdir, qutsaldır. “Su kimi tez gəl, ax, geri dön, qəzasız, bəlasız get” demək üçün su tökülürdü. Bu adət dövrümüzdə də ilkin anlamını qoruyub saxlayır.

5. Taxtaya vurmaq

Qədim türklər köçəri idi. Onlar əvvəllər görmədikləri coğrafiyaları gəzirdilər. Getmədikləri meşəyə girərkən meşədəki pis ruhları qovmaq üçün ağaclara vuraraq yollarına davam edirdilər.

6. Ölünün arxasınca toplaşmaq

Ölən şəxsin evində toplaşıb ona dua etmək və bu toplanma mərasimlərini vəfatın 7, 40-cı günlərində təkrarlamaq Şaman mədəniyyətindən qalmadır. İnanca görə, ruh bədəni 40 gün sonra tərk edir. Vəfat edənin “qırxının çıxması” dediyimi də buradan gəlir.

7. Ağaclara, türbələrə parça, ip bağlamaq

Şamanizm inancında arzu diləmək yaşamın simvolu qəbul edilib böyük təsiri olduğu güman edilən ağaclara və budaqlarına kiçik parçaları bağlamaq formasında həyata keçirilirdi. Bu davranışın təməlində təbiətdəki uca ruhlu ağacların, yaxşı ruhlu insanlara yardım edəcəyinə olan inam dururdu.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti