Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi və İranlı Mühacirlər Cəmiyyəti İctimai Birliyi görkəmli dövlət xadimi, hüquqşünas, publisist, şair Milli Hökumətin Baş Prokuroru Firidun İbrahiminin 100 illik yubileyinə həsr olunan yazı müsabiqəsi elan edib.

 

Kult.az xəbər verir ki, 2018-ci il sentyabrın 1-dən oktyabrın 20-dək müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində - qəzet, jurnal, informasiya agentliklərində, saytlarda gedən yazılar müsabiqəyə buraxılacaq.

Müsabiqənin əsas istiqamətverici mövzuları aşağıdakı kimidir:

- Firidun İbrahimi XX əsrin görkəmli ictimai-siyasi xadimlərindən biri kimi;

- Azərbaycan Milli Hökumətinin hüquqi aktlarının hazırlanmasında və hüquqi islahatlarının həyata keçirilməsində Firidun İbrahiminin rolu və xidmətləri;

- Firidun İbrahimi jurnalist kimi;

- Firidun İbrahiminin publisistikası;

- Firidun İbrahimi diplomat kimi;

Mövzunun dolğun əhatə edilməsi, fərdi yanaşma, tarixi faktlardan, mənbələrdən, canlı şahidlərin xatirələrindən istifadə, plagiata yol verilməməsi və ifadə vasitələrinin zənginliyi vacibdir.

Azərbaycan, fars, rus və ingilis dillərində, həcmi 9-11 min işarədən çox olmamayan yazılar müsabiqəyə təqdim edilə bilər. Sonda “Firidun İbrahimi -100” beynəlxalq yazı müsabiqəsinə təqdim edilir“ qeydi olmalıdır. Janr məhdudiyyəti yoxdur.

Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən (Bakı şəhəri, Əlibəy Hüseynzadə 66) ünvanına təqdim edilməlidir.

Yazı müəllifi iş və mobil telefonlarını, yazının yayımlandığı qəzet və jurnalın bir nüsxəsini (təqdimat elektron qaydadadırsa, skan olunmuş PDF formatında), yazı elektron mediada dərc olunubsa linkini, yazının A4 formatında ayrıca vərəqdə nüsxəsini (təqdimat elektron qaydadadırsa, müəllifin adı qeyd edilməməklə Vord faylında info@adfmk.com elektron poçt ünvanına göndərməlidirlər) müsabiqəyə təqdim etməlidir.

Müsabiqə üçün çap mediasında çıxan yazılar 2018-ci il sentyabrın 3-dən həftənin 1-6-cı günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Əlibəy Hüseynzadə 66 ünvanında qəbul ediləcək.

Münsiflər heyəti tərəfindən bəyənilən ən yaxşı yazıların toplanaraq “Firidun İbrahimi – 100” kitabı nəşr ediləcək.

Qaliblərinin adları 2018-ci il noyabr ayının 21-dək Beynəlxalq Mətbuat Mərkəzində təşkil ediləcək beynəlxalq konfransda açıqlanacaq.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslərə mənbə kimi adfmk.com saytında, “Mühacir” və əski əlifba ilə çıxan “Azərbaycan” qəzetlərində, digər mətbu nəşrlərdə, elektron informasiya vasitələrində Azərbaycan, fars, rus və ingilis dillərində gedən materiallardan faydalanmaq tövsiyə olunur.

Əlaqə telefonları: (012) 596-63-91; (012) 594-53-94; (050) 534-93-26; (055) 405-33-00;

06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti