1934-cü ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xalq Daxili İşlər Komissarılığı (NKVD) yaradılanda, bu quruma ilk rəhbər Henrix Yaqoda təyin edilib.

 

Henrix Yaqodanı SSRİ-nin repressiyalar üzrə baş mütəxəssisi də adlandırmaq olar. “NKVD”-yə komissar təyin olunduqdan sonra o, kütləvi repressiyaların həyata keçirilməsi üçün bütün imkanlarından istifadə edib. Yeni cəza növləri, yeni işgəncələr, yeni həbs düşərgələri və bu kimi “ixtiralar” məhz onun adı ilə bağlıdır.

Henrix Yaqoda 1891-ci ildə Rıbinskidə yəhudi ailəsində anadan olub. Yeniyetməlik illərindən inqilabi hərəkata qoşulub. Atasının yaxın qan qohumu və dostu olan, bolşeviklərin rəhbərlərindən biri Sverdlov onun həyatında mühüm rol oynayıb. (Sonradan Yaqoda Sverdlovun qardaşı qızı İda Averbaxla ailə həyatı qurub) Məhz bolşeviklərin dövlət çevrilişindən sonra, sovet hökuməti qurulduqda Yaqoda Sverdlovun köməyi ilə “CK”-da (Fövqəladə Komissiyada) işə düzəlib və o, bu strukturda zaman-zaman yüksək vəzifələrə təyinat alıb. 1927-ci ildən isə bu quruma rəhbərlik etməyə başlayıb. Etimadı tam doğruldan və Stalinə qarşı çıxanları güllələnməyə məhkum etməklə, sürgünə göndərməklə ad çıxaran Henrix Yaqoda, nəhayət, 1934-cü ilin iyul ayının 10-da SSRİ Mərkəzi İcraiyyə Komitəsi Xalq Daxili İşlər Komissarlığının yaradılması ilə bağlı qərar çıxaranda bu qurumun ilk komissarı təyin olunub. O, həm də SSRİ-də ilk dövlət təhlükəsizliyi generalı rütbəsini alıb.

Henrix Yaqodanın repressiya maşını on minlərlə günahsız insanların həyatına son qoyub. Statistik göstəricilərə görə o, “NKVD”-yə rəhbərlik etdiyi dövrdə bu rəqəm son həddə çatıb.

Yaqodanın adı bir çox qalmaqallı ölüm hadisələri ilə də yadda qalıb. Leninqrad vilayət partiya komitəsinin 1-ci katibi Kirovun öz kabinetinin qarşısında qətlə yetirilməsində sifarişçi kimi Yaqodanın da adı keçir. Əslində Yaqodanın böyük peşəkarlıqla apardığı ikibaşlı siyasi oyunlar Kirovun qətlə yetirilməsindən sonra üzə çıxmağa başlayıb. Yaqoda bu oyunları ilə mövqelərini möhkəmlətmək istəsə də buna nail ola bilməyib.

“Antisovet Trotski qruplaşması”nın məhkəmə prosesində Zinovyev və Kamenev öz ifadələrində SSRİ Həmkərlar İttifaqının sədri Tomskinin də öz qruplarında olduğunu söyləyiblər. Bu ifadələrdən sonra Tomski dərhal həbs olunub.

Haqsızlıqla barışmayan Tomski təcridxanada intihar edib. İntihardan qabaq isə Stalinə məktub ünvanlayıb:
“Yoldaş Stalin, mən sizə həm SSRİ-nin rəhbəri, həm də bir silahdaş kimi müraciət edirəm. Zinovyev kimi həyasız bir insanın sözlərinə inanmayın. Mən heç bir blokun, qruplaşmanın üzvü olmamışam. Əgər həqiqəti olduğu kimi bilmək istəyirsinizsə həyat yoldaşımdan soruşun...”

Stalin bu məktubu oxuduqdan sonra məsələnin araşdırılmasını Yejova həvalə edib. Yejov Tomskinin həyat yoldaşı ilə görüşüb və bu haqda Stalinə yazılı məlumat verib. Həmin məlumatda bu ifadələr də öz əksini tapıb:
“Tomskinin Trotski qruplaşmasına sürükləyən, məcbur edən, onların fəaliyyətinə qoşulmağa vadar edən Henrix Yaqoda olub. Beləliklə, Henrix Yaqoda eyni zamanda Trotski qruplaşmasına da xidmət edib...”

Daha sonra Maksim Qorkinin və oğlunun ölüm işlərində də Yaqodanın adı hallanıb. Məhkəmə prosesində Yaqoda Maksim Qorkinin oğlunun ölümündə əlinin olduğunu etiraf edib və bunun şəxsi bir məsələ olduğunu, onun həyat yoldaşını sevdiyinə görə öldürdüyünü bildirib. Belə ki, Sverdlovala Maksim Qorkinin ailələri yaxın dostluq münasibətlərində olublar. Bu münasibət Henrix Yaqodaya da Qorkinin evlərinə tez-tez getməyə şərait yaradıb. Və bu gediş-gəliş zamanı Yaqoda Maksim Qorkinin oğlunun həyat yoldaşı Nadejda Peşkovaya vurulub. Bu sevgiyə heç kimin mane olmaması üçün Henrix Yaqoda ilk növbədə Maksim Qorkinin oğlunun aradan götürülməsinə hökm verib. Maksim Qorkinin öz ölümündə isə Yaqoda Trotskinin sifarişçi olduğunu söyləyib.

Təbii ki, bu hadisələr Stalinin diqqətindən kənarda qalmayıb və o, Yaqodanın “NKVD”-də qalmağını məqbul saymayıb. Henrix Yaqoda 1936-cı ilin sentyabr ayında SSRİ-nin rabitə komissarı vəzifəsinə təyin olunub. Bu təyinatdan 5 ay sonra Henrix Yaqoda bütün vəzifələrdən azad olunub və sənədləri istintaq orqanlarına göndərilib.

Henrix Yaqoda zəngin həyat tərzi sürməyi sevib. Həbsindən sonra bağ evində axtarış zamanı müxtəlif bahalı xəzlər, qızıl, gümüş, qiymətli zinət əşyaları, 1229 şüşə müxtəlif ölkələrin istehsalı olan şərab, 553 qutu Misir və Türkiyə istehsalı olan siqaret, əmanət kitabçasında 6180, nəğd şəkildə isə 22997 rubl pul, 19 tapança, antik əşyalar aşkar edilib.

Ancaq təkcə bunlarmı? “NKVD” şefinin evindən 3904 ədəd pornoşəkillər kolleksiyası, 11 ədəd pornofilm, 120 ədəd porno çəkilişli lent, bir seks oyuncaq, öz ölçüsünə uyğun qadın alt paltarları tapılıb. Sonralar yaxın ətrafının söylədiklərinə görə o, bu əşyalardan tez-tez istifadə edirmiş. Hətta bağ evində keçirdiyi yeni il şənliklərindən birində o, çox sevdiyi seks oyuncağı ilə qonaqların qarşısında əməlli-başlı şou da göstəribmiş.

Məhkəmə prosesində Henrix Yaqoda casusluq maddəsindən başqa ona qarşı qaldırılan bütün ittihamlarla razılaşıb.
Məhkəmə prosesində SSRİ baş prokuroru Vışinskinin Henrix Yaqodaya ünvanladığı sonuncu, “Tutduğunuz əməllərə görə təəssüf hissləri keşirirsinizmi” sualına isə Henrix Yaqoda belə cavab verib:
“Çox təəssüflənirəm, hədsiz dərəcədə təəssüflənirəm ki, imkanım olduğu halda sizi bir-bir güllələməmişəm...”

1938-ci ilin mart ayının 13-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən Henrix Yaqoda ölüm çəzasına məhkum edilib. 2 gün sonra isə mart ayının 15-də 2 il sahiblik etdiyi “NKVD”-nin zirzəmisində güllələnib.

23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
30 Oktyabr 2024 Ermənilər hələ də mahnılarımızı oğurlayır - musiqi irsimizə necə sahib çıxırıq?
28 Oktyabr 2024 Azərbaycanda "Halloven" bayramını qeyd edənlərin sayı artıb - Psixoloq nə deyir?
17 Oktyabr 2024 Şirniyyat düşkünlərinə bəd xəbər – Risk çoxdur
16 Oktyabr 2024 Alimlər Marsda sirli strukturlar tapdı
16 Oktyabr 2024 Görücü Vanqa ili açıqlayıbmış - Bu tarixdə qiyamət qopacaq
15 Oktyabr 2024 Alimlərindən xəbərdarlıq: Süni intellekt öldürə bilir
14 Oktyabr 2024 Yadplanetlilərlə bağlı ŞOK XƏBƏR: Onların varlığı tezliklə AÇIQLANACAQ
14 Oktyabr 2024 1325-ci ilin xəritəsində Azərbaycan adı - FOTO
14 Oktyabr 2024 Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş? - FOTO
10 Oktyabr 2024 Quyruq yağını bol-bol yeyin, çünki...
07 Oktyabr 2024 Azərbaycanın neçə kəndində internet yoxdur? - Rəsmi açıqlama
03 Oktyabr 2024 Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT

Xəbər lenti