|
ABŞ-ın “Amazon” şirkətinin səhmlərinin dəyəri 1 trilyon dollara çatıb.
Axar.az xəbər verir ki, bununla “Amazon” səhmlərinin dəyəri 1 trilyon dolları keçən ikinci ABŞ şirkəti olub.
Qeyd edək ki, bundan öncə “Əpl” şirkətinin səhmləri 1 trilyonu keçib. Belə ki, NASDAQ birjasında şirkətin səhmlərinin dəyəri 1,1 trilyon dollar təşkil edib.