Dolma və paxlavaya görə dava edən tək millət biz deyilik...

 

Biz zaman-zaman ermənilərlə dolma, paxlava və bir çox yeməklərlə bağlı mübahisələrə girişirik. Onlar bəzi yeməklərin onlara, biz isə milli mətbəximizə məxsus olduğunu deyirik.

Amma məlum olur ki, yeməyin mənbəyi baxımdan mübahisə edən yeganə xalqlar bizlər deyilik. Yəni, “kimlik problemi” yaşayan bir çox yeməklər xalqlar arasında zaman-zaman problemlər, fikir ayrılıqları yaşadıb.

Musavat.com onları sizin üçün təqdim edir. Hansı yeməklər bir çox xalqlar arasında bölüşdürülə bilmir və bəzən ciddi krizlərə səbəb olur?

Paxlava və badımcan dolması...

Osmanlının Balkan və Orta Şərq ölkələrindəki hakimiyyətinə görə paxlavanın, badımcan dolmasının, musakkanın (badımcandan hazırlanan yemək), kababın və bunun kimi bir çox ortaq yeməklərin bariz görünən bir kimlik problemi var. Yunanlar badımcan dolmasına papoutsakia deyirlər. Amma bəzi istisnalar xaricində bir çox yeməyin adı eynidir.

Paxlavanı isə Osmanlı mənşəli şirniyyat adlandırırlar. Bir çox türk xalqlarının, eləcə də Azərbaycanın mətbəxində var. Üstəlik, bir neçə növü var: Bakı paxlavası, Quba, Şəki... paxlavası və sair. Bununla belə, tarixi mənbələrə inansaq, paxlavanın atası “plakountas tetyromenous” adlanır. Yəni, yunan mətbəxindəndir.

Kabab

Heç bir millət “kabab bizim milli yeməkdir” deyib öyünməsin. Çünki ibtidai icma dövründən insanlığa miras qalan yemək növüdür. Odun üstündə bişirilən ət... Burda dərin məna axtarmağa dəyərmi? Kabab Afrikada da var, Əfqanıstanda da. Məntiqi olaraq təxmini edə biləcəyiniz kimi əslində çox keçmiş bir yeməkdir.

Palaçinka

Palaçinka əslində Macarıstanındır. Amma bosniyalılar buna “Bosniya yeməyi” deyirlər, bolqarlar “Bolqar yeməyi”, çexlər isə “Çex yeməyi”, serblər isə “serb yeməyi”. Bu ölkələrin palaçinka üzərində iddia etdiyi haqqı macarlar iddia etməyə çalışmırlar.

Spatzle

Macaristan, Avstraliya, Almaniya, İsveçrədəki spatzle oğurluq olma ehtimalı xeyli yüksək olan yeməklərdən biridir. Rəsmən İtaliyadan gnocchiyi alıb özününküləşdiriblər, adını da dəyişdirib, mədəni miraslarına əlavə ediblər.

Tıkka Masala Soslu Toyuq

Hind və Pakistan mətbəxlərinin də kimlik dava-dalaşları var. Amma ikisi 1947-ci ilə qədər bir arada idilər. Tıkka masala soslu toyuq İngiltərə torpaqları içində pakistanlı Ali Ahmed Aslam adlı bir usta aşbazın icadı olan yeməkdir. Pakistan mətbəxindən daha çox Hind mətbəxinin ən populyar yeməyinə çevrilmə hekayəsi çox maraqlıdır, düzü. Amma ingilislər gəlib də buna "English cuisine" dedikləri zaman çox gülməli olur. Çünki ənənəvi ingilis damaq dadına xitab etmədiyi bariz şəkildə ortadadır.

Gulab Jamun ve Biryani

Eyni kimlik krizi təndir toyuqda və ya gulab jamun kimi şirniyyatlarda da mövcuddur. Gulab jamunu pakistanlılar sahiblənib, amma hindlilərə məxsusdur. Biryani də normalda farsların icadıdır, amma Hindistan tərəflərindən gəlib də biryaniyi sahiblənməyən yoxdur.

Uzaq Şərq Şorbaları

Uzaq Şərq restoranlarında şorbaları ayırd edə bilənə halal olsun. Mən hələ də hansı şorbanın nə olduğunu öyrənə bilmədim. Vyetnamın cao lausu, yaponların əriştəyə bənzər udonu ilə eynidir.  Amma bu Uzaq Şərq şorbaları mövzusu çox qarışıqdır. Hardan tutsanız, əlinizdə qalacaq. Çünki içinə qoyduğunuz bir-iki detalı dəyişdirsəniz, adı da dəyişir.

Adobo ve Tortilla

Filistinlilərin 'ilocano yeməyi” olaraq təqdim etdikləri "adobo" əslində ispanlarındır. Amma ispanlar da o qədər məsum sayılmazlar. Çünki ispanların "tortillamız" deyə sahibləndiyi kiçik çörəklər Mezoamerikan yerlilərindən oğurlanıb.

23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
30 Oktyabr 2024 Ermənilər hələ də mahnılarımızı oğurlayır - musiqi irsimizə necə sahib çıxırıq?
28 Oktyabr 2024 Azərbaycanda "Halloven" bayramını qeyd edənlərin sayı artıb - Psixoloq nə deyir?
17 Oktyabr 2024 Şirniyyat düşkünlərinə bəd xəbər – Risk çoxdur
16 Oktyabr 2024 Alimlər Marsda sirli strukturlar tapdı
16 Oktyabr 2024 Görücü Vanqa ili açıqlayıbmış - Bu tarixdə qiyamət qopacaq
15 Oktyabr 2024 Alimlərindən xəbərdarlıq: Süni intellekt öldürə bilir
14 Oktyabr 2024 Yadplanetlilərlə bağlı ŞOK XƏBƏR: Onların varlığı tezliklə AÇIQLANACAQ
14 Oktyabr 2024 1325-ci ilin xəritəsində Azərbaycan adı - FOTO
14 Oktyabr 2024 Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş? - FOTO
10 Oktyabr 2024 Quyruq yağını bol-bol yeyin, çünki...
07 Oktyabr 2024 Azərbaycanın neçə kəndində internet yoxdur? - Rəsmi açıqlama
03 Oktyabr 2024 Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT

Xəbər lenti