|
YouTube fenomenləri...
Bir gündə məşhur olmağın hekayəsi haradan keçir - internet fenomeni olmağın sirləri bu yazıda.
İndi hamımızın dilində bir “Səni deyirlər... Məni deyirlər” adlı mahnı var. İki gündür fenomenə çevrilib. Güneyli azərbaycanlıların başladığı bir kampaniya çərçivəsində hər kəs bu mahnının sədaları altında rəqs edir, bu rəqsini paylaşır, hər gün dünyanın müxtəlif bucaqlarından yüz minlərlə azərbaycanlı öz rəqs videosu ilə onlara qoşulur. Və insan heyrət etmədən keçə bilmir: iki-üç günün içində bir video bu qədər yayıla, milyonlara, milyardlara xitab edə, trendə çevrilə, yayıldıqca yayıla bilərmi?
Təbii ki, işin sirri internetdədir. Kompüterin bir düyməsinin əmrinə baxır hər şey. Bəzən bir pişik, bir balaca uşağın ağlaması videosu də gün ərzində yüz minlərin diqqətinə səbəb olur və bunu çəkib yayan şəxs internet fenomeninə çevrilir. Biz buna internetin gücü, sosial şəbəkənin qüdrəti də deyə bilərik.
Amma bu işin də incəlikləri var. Bir gündə şöhrət olmağın da, bu şöhrətdən yararlanmağın da. “Yeni Müsavat” internetdə fenomen olmağın ilginc yolları barədə kiçik bir gəzişmə edib.
“Variety” jurnalının 13-18 yaş arası gənclər arasında apardığı araşdırmaya görə, artıq Amerikada gənclər üçün YouTube məşhurları televiziya məşhurlarından daha artıq həyəcanvericidir. Televiziya kanalları və yapım şirkətləri də artıq bunun fərqindədir. Məsələn, keçən il Disney, “Maker Studios” adlı YouTube kanalları agentliyini 950 milyon dollara satın aldı. Həyata keçirilən araşdırmalara görə, gənclərin həftəlik YouTube videosu izləmə səviyyəsi, böyüklərin həftəlik televiziya izləmə səviyyəsindən 1 saat daha artıqdır. Bu, əlbəttə ki, YouTube-un televiziyanı yox edəcəyi mənasına gəlmir, amma yeni bir sistemin gəlməsinin də sübutudur.
Yeni dünyaya giriş
Google+ hesabı və ya YouTube hesabı olan hər kəs bir YouTube kanalı aça bilər. Bunu telefonunuz vasitəsilə də edə bilərsiniz. Sonra bura istədiyiniz mövzuda müstəqil şəkildə və ya dostlarınızla hazırladığınız həvəskar və ya professional videoları yükləyirsiniz. İstəsəniz hamamda duş başlığı ilə mahnı oxuyan video çəkin, ya da nənənizin reseptləri ilə yemək bişirin. Amma çox abunənizin olması üçün ən önəmli şərt videonu paylaşa bilmənizdir.
Eks televiziyaçı və stand-up ulduzu “Barely Political” kanalından Todd Vomackın 8 milyon abunəçisi var. “Videonun paylaşıla bilir olması heç də o demək deyil ki, o, hər kəsin diqqətini çəkə biləcək, ya da çox uzun olmayan videodur”. Mark Douglas, Bryan Olsen və Tom Small ilə birlikdə açdıqları Barely Political kanalında ən çox diqqət çəkən məqam musiqi videolarıdır. Bunlar sıradan musiqilər deyil. Məsələn, eks Amerika prezidenti Obamanı dolayan “I Got A Crush On... Obama” videosu tam bir internet fenomenidir.
Daha bir ulduz, Ceyms Fays isə “Özünüzü yüzdə 100 olduğunuz kimi təqdim etməniz lazımdır” deyir. Bunlara bir də fərqli və gözəl bir səslə yaxşı bir diksiya da əlavə edəndə gerçəkdən məşhur ola bilərsiniz.
Todd Vomack da YouTube məşhurları arasında yaşı ən böyük olanlardandır. O da deyir ki, gənclərə hər cür imkan verilir. Belə ki, YouTube-un qapıları arzulayan hər kəsə açıqdır. Onlar studiyalarını çəkiliş üçün istifadəyə verir. Bu studiyalarda isə hər şey var. “Avatar” filminin effektlərini hazırlaya biləcəyiniz qədər hərtərəfli bir studiyadan söhbət gedir.
İllik qazancı 2 milyondur
Təbii ki, YouTube-a videolar hazırlamaq üçün məhz bu studiyalardan istifadə etmək şərt deyil. Evinizdə, avtobusda, gəmidə, məktəbdə də çəkiliş edə bilərsiniz. Vacib olan müəyyən periodlarla videolarınızı yayımlamanızdır. Əgər həqiqətən də bu işdə uğurlu olsanız, ondan pul da qazana bilərsiniz. Məsələn, Tiler Oakley. Ən populyar “vlogger”, yəni, video-bloggerlərdən biridir. Cangüdənsiz gəzməsi qeyri-mümkündür, çünki o, gəzəndə sanki Bred Pitt küçədə gəzirmiş kimi aura yaranır. Qızlar qışqırmağa başlayır, onunla şəkil çəkdirmək üçün yarışa girirlər. Tam 4.5 milyon təqibçisi var. İllik qazancı 973 min dollardır.
Uğurun sirri - çatımlı olmaq
YouTube məşhuru vlogger-ləri belə populyar edən ən önəmli nöqtə təbii ki, onların çatımlı olmalarıdır. Arada nə bir menecer var, nə də PRG agenti. Heyran və məşhur bir-birinə bir kompüter düyməsi qədər yaxındır. Sosial medianın hər kəsi hər kəsə yaxınlaşdırdığı və “çatımsız” olmağı demode hesab etdiyi müasir sistem üçün ən vacib özəllik də budur əslində. Amma təbii ki, işin ticarətə çevrilməsi, bir industriya halına gəlməsinə görə dəyişik sistemlər tətbiq olunur. Məsələn, “multi kanal” deyilən bir sistem var. Bu sistem bir agentlik kimi işləyir. Gələcək vəd edən vloqqerlərlə anlaşan agentliklər, öz tərkiblərinə fərqli kanalları toplayır və onların inkişafına qatqılar verir. Qarşılıqlı bir qazanc təmin etsə belə, internet mediasını da klassik media halına gətirmə riski olan bir sistemdir bu. Amma təbii ki, çox gecdir. Çünki böyüklər üçün uşaq bağçalarının qurulduğu bir zamanda keçmiş sistemə qayıtmaq müzakirə mövzusu belə ola bilməz.
Türkcəyə tərcümə
Məşhur YouTube videolarının əksəriyyətinin başqa dillərdə olması, Türkiyədə çox izlənmələrinin qarşısını alır. Amma YouTube-un “alt yazı” özəlliyi bu problemə də çıxış yolu gətirir. İstəyən hər istifadəçisi YouTube-un “Captions” özəlliyindən faydalanaraq videolara alt yazı yaza bilər.
Mükafatlı kanallar
Youtube-da 1 milyon izləyiciyə çataraq mükafat qazananlara aşağıdakılardır: The Diamond Minecart, UKFmusic, BBC Radio1, Thatcher Joe and the Slow Mo Guys.
Yazını bura qədər oxuyanlarda sual yarana bilər: hər kəs YouTube-də, internetdə məşhur ola bilərmi? Bunun incəlikləri nələrdir?
Doğru kanalı seçmək
İstər yeni bir ad, istərsə illərin müğənnisi olsun, onlar üçün YouTube ilk ağla gələn ünvandır. Onlayn statistik portalı olan “statistan”ın göstəricilərinə görə, YouTube-a hər saat yüzlərlə video yüklənir. Facebook və twitter kimi sosial media platformalarında paylaşılarsa, şansı daha da artır.
Aktuallığı yaxalamaq
Alman musiqiçi Aleks Diehl, 13 noyabr 2015-ci ildə terror hücumu zamanı Parisdə idi. Diehl, 130 nəfərin can verdiyi hücumlar zamanı Almaniya ilə Fransa arasındakı matçı izləyirdi. Hadisədən sonrakı reaksiyasını “Sadəcə bir mahnı” (Nur ein Lied) adını verdiyi bir kliplə dilə gətirdi. Mahnısı facebook üzərindən 7 milyondan artıq izləndi.
Musiqi ilə video arasında əlaqə qurmaq
YouTube-da en çox izlənən 10 videonun demək olar ki, hamısı musiqi ilə bağlıdır. Məsələn, Adele bir neçə il öncə payızda yayımladığı Hello mahnısının klipi ilə YouTube-da bütün zamanların ən çox izlənən videoları arasına girdi. “Hello” 1 milyard 200 milyondan artıq “tıklandı”. 1 milyardlıq “tık” göstəricisinə 100 gündən daha az müddətdə çataraq bir rekorda imza atdı.
Klip oyunçularını düzgün seçmək
Bir müddət öncə həyatını itirən Hellmut Karasek, uzun illər Almaniyanın ən önəmli ədəbiyyat tənqisçisi idi. Karasek, keçən il 4 dəqiqəlik bir klipdə isveçli mebel istehsalçısı Ikeanın kataloqunu təqdim edib. Ədəbiyyat dairələrində kult səviyyəsində olan Karasek uğurlu bir marka ilə bir araya gəlincə, video da böyük diqqətə səbəb oldu.
İzləyən özünü video qəhrəmanının yerinə qoyur
Bəzən bir klip izlər və bu, tam da mənə görədir deyərik. Adelenin məşhurlaşmasında təkcə səsi və melanxolik mahnıları rol oynamadı. Dünyanın dörd bir yanında milyonlarla heyranı Adelenin mahnıları ilə öz ruhlarını təzələdirlər. Özlərini onun yerinə qoydular. Eyni şey Alex Diehl üçün də keçərlidir. Paris hücumlarından sonra yazdığı mahnılarla insanların terror qorxusunu dilə gətirdi.
Videolara komediya ünsürü qatmaq
Uğurlu bir klipin vacib detallarından biri də onun komediya ünsürü olmasıdır. Amma geniş bir kütlənin komediya anlayışına xitab etmək, ona uyğun çəkilişlər etmək çox çətindir. O səbəbdən də ən çox sevilən YouTube videolarının hər zaman bir-birindən fərqli özəllikdə olduğu diqqət çəkir.
Böyük hissləri ifadə etmək
Adele, “Hello” mahnısının klip çəkimi işini kanadalı bir sənət filmi mütəxəssisinə həvalə etdi. Rejissor yenə Adele tərəfindən canlandırılan gənc qadının çarəsizliyini mənalı yaxın çəkilişlərlə yaxalamağa nail oldu. Bununla da izləyici ayrılıq ağrısını birbaşa öz ruhunda, bədənində hiss etdi.