|
ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu, aktyor Kristofer Louford 64 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı TMZ məlumat yayıb.
Aktyor dəqiq ölüm səbəbi məlum deyil. Məlumatlara görə, Louford yoqa ilə məşğul olduqdan sonra halı pisləşib. Aktyorun evinə gələn həkimlər onun həyatını xilas edə bilməyiblər.
Portalın məlumatına görə, 1970-1980-ci illərdə aktyorun narkotiklərlə ciddi problemi olub. Aktyor müxtəlif dərman preparatları əldə etmək üçün özünü həkim kimi təqdim etdiyinə görə həbs olunub.
Louford “Yalnız qəlblər”, “Əsas hospital”, “Freyzer” kimi seriallarda, eləcə də, “Terminator 3: Maşınların üsyanı” filmində oynayıb.