|
Domen adları və İP ünvanlarının idarə edilməsi korporasiyası (İCANN) oktyabrın 11-də bütün dünyada internetin işində nasazlıqlar olacağı ilə bağlı istifadəçiləri xəbərdar edib.
Axar.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi səhifəsində məlumat yerləşdirilib.
Buna səbəb kimi həmin gün domen adlarının müdafiə sistemi olan kriptoqrafik açarların dəyişdiriləcəyi göstərilib.
Bildirilib ki, yenilənmə çərçivəsində internet istifadəçiləri onlayn resurslara giriş əldə etməkdə çətinlik çəkəcək.