Bu gün böyük Osmanlı sultanı Süleyman Qanuninin anım günüdür.

 

Kult.az xəbər verir ki, o, 1566-cı il sentyabrın 7-də vəfat edib. Sultanın ölümü ilə bağlı müxtəlif versiyalar var. Bəzi mənbələrdə Qanuninin qətlə yetirildiyi, bəzilərində isə qocalıb öldüyü yazılıb.

Sultan 1566-cı ildə Macarıstan üzərinə hərbi yürüş zamanı, Ziqetvar qalasının zəbti əsnasında, 72 yaşında vəfat edib. Deyilənə görə, onun daxili orqanları qalanın ətrafında basdırılıb, cəsədi isə İstanbula gətirilərək, Süleymaniyyə məscidində dəfn edilib.

Qanuni Sultan Süleymanın vəfat etdiyi zaman yerinə yetirilməsini istədiyi bir vəsiyyəti var idi. Bu vəsiyyət hamını təəccübləndirmişdi. O istəyirdi ki, özünə aid kiçik sandığı da yanında dəfn edilsin. Bu vəsiyyətdən sonra sandıq meydana çıxarılır və hazır saxlanılır.

Ölümündən sonra sultanın nəşi dəfn edilmək üçün öz adına tikdirdiyi Süleymaniyyə məscidinin həyətindəki türbəsinə gətirilir və ortaya qoyulur. Sandığın içində nə olduğundan hamı xəbərsiz idi. Şeyxülislam Əbussuud əfəndiyə Sultan Süleymanın belə bir vəsiyyəti olduğu deyilir. O isə “bu vəsiyyəti yerinə yetirə bilmərik, İslama ziddir” deyir. Ona padşahın vəsiyyətini bir daha xatırladırlar. Əbussuud əfəndi deyir ki, Sultan Süleyman heç vaxt dinin əmrlərinə qarşı gəlməzdi.

Çox götür-qoydan sonra vəsiyyətin yerinə yetirilməməsinə qərar verilir. Lakin hər kəsi bu sual düşündürürdü: Sandığın içində nə var?

Əbussuud əfəndi sandığın açılmasını istəyir. Xidmətçilər sandığı ona verəndə yerə düşür və içindəki kağızlar yerə tökülür. Bunlar Sultan Süleyman Qanuninin edəcəyi işlərin, verəcəyi qərarların dinə uyğun olub-olmadığı haqqında Şeyxülislamdan aldığı fətvalar idi.

Qanuni bu addımı ilə “Nə etdimsə, fətva ilə etdim. Qəbirdə sorğuya çəkilsəm, şahid olaraq bunları göstərəcəyəm və Allahın hüzuruna elə çıxacağam” demək istəyib.

Əbussuud əfəndi “Ey böyük Sultan, sən Allah yanında özünü təmizə çıxardın, məsuliyyəti bizə yüklədin, biz necə bunun altından qalxacağıq” deyib ağlayır.

Sultan Süleyman yaşadığı müddətdə ölkəni xeyirxahlıqla, ədalətlə idarə etmişdi.

“Mən öləndə əlimin birini tabutdan çölə çıxarın, insanlar görsün ki, Şah Süleyman bu dünyadan əliboş gedir” deyən Qanuni hakimiyyətdə olduğu 46 il ərzində hər zaman xalqın yanında olub.

23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
30 Oktyabr 2024 Ermənilər hələ də mahnılarımızı oğurlayır - musiqi irsimizə necə sahib çıxırıq?
28 Oktyabr 2024 Azərbaycanda "Halloven" bayramını qeyd edənlərin sayı artıb - Psixoloq nə deyir?
17 Oktyabr 2024 Şirniyyat düşkünlərinə bəd xəbər – Risk çoxdur
16 Oktyabr 2024 Alimlər Marsda sirli strukturlar tapdı
16 Oktyabr 2024 Görücü Vanqa ili açıqlayıbmış - Bu tarixdə qiyamət qopacaq
15 Oktyabr 2024 Alimlərindən xəbərdarlıq: Süni intellekt öldürə bilir
14 Oktyabr 2024 Yadplanetlilərlə bağlı ŞOK XƏBƏR: Onların varlığı tezliklə AÇIQLANACAQ
14 Oktyabr 2024 1325-ci ilin xəritəsində Azərbaycan adı - FOTO
14 Oktyabr 2024 Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş? - FOTO
10 Oktyabr 2024 Quyruq yağını bol-bol yeyin, çünki...
07 Oktyabr 2024 Azərbaycanın neçə kəndində internet yoxdur? - Rəsmi açıqlama
03 Oktyabr 2024 Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT

Xəbər lenti