|
“Səni deyirlər” trendinə qoşulan təbrizli qız polis idarəsinə çağırılıb.
Kult.az xəbər verir ki, son günlərin trendinə çevrilmiş mahnı ilə rəqs edən Haniyə Şücayinin videosu sürətlə yayıldıqdan sonra Təbriz polisinə çağırılıb və ona xəbərdarlıq edilib. Səbəb kimi isə sözügedən videoda başıaçıq oynaması göstərilib.
Qeyd edək ki, sosial şəbəkələrdə sürətlə yayılan “Səni deyirlər”trendi məhz Haniyə Şücayinin videosundan sonra məşhurlaşıb.