|
Sarıkök ən faydalı ədviyyatlardan biridir. Sarıkök bütün digər faydalı xüsusiyyətlərlə yanaşı həmçinin ana südünü artıran vasitə kimi də tanınır və istifadə olunur.
Axar.az Saglamolun.az-a istinadən sizə südartıran sarıköklü içkinin reseptlərini təqdim edir:
1. Yarım ç.q. sarıkökü 1 stəkan qaynar suda dəmləyin, 1 ç.q. bal əlavə edin, ilıq olanda için. Gündə 2 dəfə yarım stəkan olmaqla qəbul edin.
2. Axşam yatmazdan 1 saat qabaq 1 stəkan isti süddə yarım ç.q. sarıkök və 1 ç.q. bal əridin, 10-15 dəqiə dəmləyin, sonra için.
Sarıköklə dəmləmələr öd daşı və böyrək daşı xəstəliyi, hamiləlik zamanı içmək olmaz.
Şəkərli diabetdən əziyyət çəkənlər bilməlidir ki, sarıkök qanda şəkərin səviyyəsini aşağı salır.