Qələm əhlinin – şairlərin işi şeirlər yazmaq, yeni kitablar çap etdirməkdən ibarətdir.

Maraqlıdır, son zamanlarda şairlərimiz nədən yazır, yeni kitab çap etməyə hazırlaşırlarmı?

Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca sorğumuza bu cür cavab verdi: “Bir müddət idi ki, ölkədə deyildim, Amerikada müalicə alırdım. Lakin orda olduğum müddətdə çalışmışam, bir neçə yazı-pozularım oldu. Yəni əlimdən gəldiyim qədər yazıram, işlə məşğulam. Hər halda şeirlərim, yazılarım toprlanıb. Gərəkdir ki,  onları bir yerə yığım, baxım, nəzərdən keçirim. Kitab çap etmək çüün böyük hazırlıq işləri görmək lazımdır.

Şair Rüstəm Behrudi də yeni kitabını çapa hazırladığını dedi: “Sözün düzü mən planlı şəkildə çalışmıram. Uzun müddətdir ki, bir kitab yazıram, onun üzərində işləyirəm. Ümumiyyətlə Azərbaycanda çox istedadlı şairlər, gənclər var. Sadəcə olaraq onların ən böyük problemi tanınmaqdır. İndiki zamanda özünü təsdiq etmək çox çətindir. Ötən əsrin 70-80-ci illərində məşhur şairlərin yazdığı şeirlər “Azərbaycan” jurnalında çap olunurdu. Xalq həmin şeirləri oxuyurdu, şairi tanıyırdı. Lakin indi bu məsələ çox çətindir”.

Yazıçılar Birliyinin üzvü, şair, publisist Əhməd Qəşəmoğlu isə hər gün şeir yazdığını dedi: “Yəni, şeir yazmağımda fasilə yoxdur. Sosial şəbəkədən izləsəniz, görərsiz ki, həmişə təzə şeirlərimi paylaşıram. Məsələn, son günlərdə “Təbrizin qönçələri” adlı şeirimi yazdım. Şeir Güney Azərbaycanda, həm də Türkiyədə də əks-səda doğurdu, kifayət qədər sevildi. Həmçinin bu günlərdə xəbər saytlarında “Ey kasıbdan rüşvət alan!” şeirim dərc olundu. Hazırda isə yeni şeir kitabımı hazırlayıram. Beləliklə ”Eşikdən o yana” adlı şeir kitabım bu yaxınlarda işıq üzü görməlidir”.

Əhməd Qəşəmoğlu poeziyadakı son durumu da dəyərləndirib: “Azərbaycan ədəbiyyatında iki xüsusiyyəti fərqləndirmək olur. Bunlardan biri Dədə Qorquddan, ən qədim köklərimizdən, Nəsimidən, Xətaidən gələn qoldur. Digər qol isə son vaxtlar 19-cu əsrdən sonra dünya, rus ədəbiyyatının təsiri altında formalaşan qoldur. Təəssüf ki, son vaxtlar birin qol zəifləməyə doğru gedir. Bu da yaxşı hal deyil. Şəxsən mən həmişə çalışıram ki, yaradıcılığımda birinci qola üstünlük verim, şeirlərimdə bu istiqamət olur. İkinci qol bir qədər daha çox dünya, Avropa, rus ədəbiyyatına bənzəməyə çalışır, daha çox da tərcümələrdən yaralanırlar. Yəni, bu istiqamətdə problemlər var. Təbii ki, müasir ədəbiyyatdan yaralanmağa kifayət qədər ehtiyac var. Lakin əsas xətti unutmaq olmaz. Çox istərdim ki, ədəbiyyatımızda birinci qol istiqamətində canlanma olsun”.

Şair Murad Köhnəqala isə yaxın günlərdə uşaqlar üçün yazdığı kitabın çapına hazırlaşdığını bildirdi: “Kitabda uşaqlar üçün böyük povest və 8 hekayə olacaq. Lakin hələ ki, bu məsələ maddi imkansızlıqdan gecikir. Kitabın çap olunması üçün hətta sosial şəbəkədə də müraciət etdim ki, bəlkə iş adamları uşaq ədəbiyyatının dirçəlməsi üçün bu məsələdə yardımçı olar. Lakin hələ ki, maliyyə dəstək verən yoxdur. Düşünürəm ki, yazdıqlarımı yeniyetmələr, uşaqlar oxumalıdır. Çünki orada çoxlu mesajlarım var”.

Gənc şair Aqşin Evrən isə son zamanlar yeni və fərqli üslublarda, texnikalarda şeirlər yazdığını bildirdi: “Bu şeirlərin bəziləri bir misradan, bəziləri 3 misradan, bəziləri isə hər biri 2 misra olan 3 bənddən ibarətdir. Sürət əsri istər-istəməz düşüncə və ideyaların da yığcam şəkildə təsvirini diktə edir. Yazmaqla yanaşı, demək olar ki, hər gün poeziya və ədəbi cərəyanlar haqda məqalələr oxuyuram. Kitab nəşr etdirmək məsələsinə gələndə isə, ilk kitabım bir il əvvəl nəşr oldu, satıldı, bitdi. İkinci dəfə nəşr etdirməyi düşünürük, çünki xeyli oxucu kitabı əldə edə bilmədiyini deyir. Gördüyünüz kimi, kitaba tələbat var. Qalır bunu tərcümə edib Avropaya təqdim etmək. Təkcə öz kitabımı nəzərdə tutmuram, digər dostlarımızın də kitablarını, əsərlərini Avropaya tərəf yönəltmək lazımdır. Əmin olun, bizim poeziya bir çox məsələdə dünya şeirini üstələyir. Bunu davamlı olaraq çağdaş dünya şairlərini oxuyan biri kimi deyirəm”.

23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
30 Oktyabr 2024 Ermənilər hələ də mahnılarımızı oğurlayır - musiqi irsimizə necə sahib çıxırıq?
28 Oktyabr 2024 Azərbaycanda "Halloven" bayramını qeyd edənlərin sayı artıb - Psixoloq nə deyir?
17 Oktyabr 2024 Şirniyyat düşkünlərinə bəd xəbər – Risk çoxdur
16 Oktyabr 2024 Alimlər Marsda sirli strukturlar tapdı
16 Oktyabr 2024 Görücü Vanqa ili açıqlayıbmış - Bu tarixdə qiyamət qopacaq
15 Oktyabr 2024 Alimlərindən xəbərdarlıq: Süni intellekt öldürə bilir
14 Oktyabr 2024 Yadplanetlilərlə bağlı ŞOK XƏBƏR: Onların varlığı tezliklə AÇIQLANACAQ
14 Oktyabr 2024 1325-ci ilin xəritəsində Azərbaycan adı - FOTO
14 Oktyabr 2024 Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş? - FOTO
10 Oktyabr 2024 Quyruq yağını bol-bol yeyin, çünki...
07 Oktyabr 2024 Azərbaycanın neçə kəndində internet yoxdur? - Rəsmi açıqlama
03 Oktyabr 2024 Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT

Xəbər lenti