|
Böyük Britaniyadakı Suinton şəhərində evdə yatıb qalan balaca oğlanın axtarışı üçün polis çağırılıb.
Bu barədə “Daily Mail” qəzeti xəbər verir. Belə ki, bacı-qardaşı ilə oynayan zaman 2 yaşlı Loqan Marklend qəflətən itib. Valideynləri Samanta və Ceyms bütün evi axtarsalar da, onu tapa bilməyiblər. Nəticədə qonşular axtarışa qoşulub. Bu da fayda verməyəndə polisə müraciət olunub. Uşağın tapılmasına 40 dəqiqə sərf olunub və o, qardaşlarından birinin yatağında tapılıb. Onu qonşularının uşağı aşkar edib. Onun gec tapılmasının səbəbi isə yataqda, üstündə oyuncaqlarla yatılı olması olub.