QOÇ - İmkan daxilində bütün riskli və səfərlə bağlı işləri təxirə salın.

Əsas vaxtınızı istirahətə həsr etməklə növbəti günlərin planlarını qurun. Aldığınız təklifləri beyin süzgəcindən keçirin. 

BUĞA - İlk növbədə yoluxucu xəstəliklərdən qorunun. Çünki ulduzlar axşam saatlarında orqanizminizin buna həssas olacağını bildirir. Nahar ərəfəsində sevindirici xəbər eşidəcəksiniz.

ƏKİZLƏR - Bütün danışıq və sövdələşmələri təxirə salıb oturaq işlərlə məşğul olun. Əks təqdirdə, təxribat və ya böhtanla üzləşəcəksiniz. Yaxşısı budur, enerjinizi ailə və sevgiyə yönəldəsiniz.

XƏRÇƏNG - Bu təqvimdə ulduzlar daha çox sizin bürcə pul vəd edir. Bu səbəbdən də boş durmağınıza lüzum yoxdur. Büdcənizi artırmaq üçün ağlınıza gələn bütün ünvanlara və adamlara baş çəkin.

ŞİR - Təxminən saat 12-yə qədər bürcünüz üçün bəzi xoşagəlməzliklər mümkündür. Özünüzü gərgin və anlaşılmaz situasiyalara cəlb etməyin. Nahardan sonrasa maraqlı görüş və pul gözlənilir.

QIZ - Astroloji göstəricilər yalnız səfərə çıxmaqla yüksək əhval-ruhiyyəyə yiyələnəcəyinizi proqnozlaşdırır. Bu fürsəti fövtə verməyin. Ulduzlar varlanacağınızdan da xəbər verir.

TƏRƏZİ - Qonaqlıq üçün ideal gündür. Ya hansısa ünvana getməli, ya da ürəyinizə yaxın adamları qonaq çağırmalısınız. Bugünkü söhbətlərin gələcəyiniz üçün əhəmiyyəti böyük olacaq.

ƏQRƏB - Çağırılmamış ünvanlara qonaq getməyin. Əks təqdirdə, məyusluqla qarşılaşacaqsınız. Bu gün təxribata cəlb olunmağınız üçün bir çoxları canfəşanlıq edəcəklər. Təmkinli olun.

OXATAN - Səhhətinizlə bağlı diqqətli olmağınız vacibdir. İqlimin dəyişkənliyi və ətrafınızda olan insanları qəbul etməməyiniz sinir sisteminizdə mənfi fəsadlar yarada bilər. İstirahətə fikir verin.

OĞLAQ - Ulduzlar nahara qədər istirahət etməyinizi məsləhət görür. Əgər ciddi işlərə girişsəniz, uğurlu nəticə hasil olmayacaq. Günün ikinci yarısında isə sürpriz gözlənilir. Uzaq yola çıxmayın.

SUTÖKƏN - İndiki məqamda xilas yolunuz yalnız dost və müttəfiqlərdən asılıdır. Çünki əsaslı dönüş etmək üçün fiziki və psixoloji cəhətdən o qədər də hazır deyilsiniz. Sağlamlığınıza fikir verin. 

BALIQLAR - Qərarlarınızda qəti olsanız, heç bir narahatçılıqla üzləşməyəcəksiniz. Bu gün darıxdığınız adamların bir çoxu ilə görüşəcəksiniz. Axşamsa sevindirici hadisələrin şahidi olacaqsınız.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti