|
10:25
Dünya əhalisi 20 il davam edəcək Çin-ABŞ ticarət müharibəsinə hazır olmalıdır.
Axar.az xəbər verir ki, bu barədə “Alibaba Qrup Holdinq”in qurucusu Cek Ma danışıb.
“İqtisadiyyatın vəziyyəti yaxşı deyil. 20 gün, 20 ay deyil, bəlkə də 20 il davam edəcək bir ticarət müharibəsi gedir. Çin onillərlə davam edəcək müharibədə Afrika, Cənubi Asiya və Avropanı əhatə edən modern dünyanın “İpək yolu”nda ixraca köklənməlidir”, - Ma bildirib.