İndiki uşaqlar fərqlidir və biz bu həqiqətdən qaça bilmərik. İllərdir uşaqlarla işləyən biri kimi müqayisə imkanlarım var. İndiki uşaqlar bütün mənalarda çox fərqlidir. Bu səbəbdən onların diqqətini illər əvvəl çəkilmiş cizgi filmləri ilə çəkmək mümkün deyil.

Bu sözləri Axar.az-a pediatr Vaqif Qarayev mobil telefon və planşet aludəçisi olan, mütəmadi olaraq telefonda maraqlı video izləməyə üstünlük verən uşaqları bu texnoloji vasitələrdən uzaq tutmağın yollarından danışarkən deyib.

Həkim bildirib ki, uşaqları müasir texnoloji vasitələrdən uzaq tutmaq üçün onları maraqlandıran şeirlər, nağıllar oxunmalı, fərqli tamaşalar, oyunlar təşkil edilməlidir:

 

“Uşaqların diqqətini cəlb edən tamaşalar, oyunlar olmasa, onlar yenidən telefonun yanına qayıdacaqlar. Çünki məşğul olmaq, oynamaq üçün başqa heç nə yoxdur. Gənc ana 20 il əvvəl "Xoruz", "Keçi" şeirini əzbərləmişdi, "Tıq-tıq xanım" nağılını oxumuşdu. İndi də öz övladına bu şeirləri, nağılları oxumağa məcburdur, çünki alternativ yoxdur.

Lakin indiki uşaqlar üçün yuxarıda adını qeyd etdiyim nağıl və şeirlər maraqsızdır. Əgər belə əyani vasitələr olmasa, uşaq, əlbəttə, telefon-planşetdən yapışacaq. Uşaqların marağını nəzərə almaq şərti ilə yeni oyunlar fikirləşmək lazımdır”.

Pediatr vurğulayıb ki, ana dilində danışmağa başlayan uşaq başqa dildə şeirə, nağıla qulaq asırsa, bu, gələcəkdə onun nitqində problemlər yaradacaq.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti