|
Ötən gün “Tesla” və Feysbuk şirkətlərinin sahiblərinin sərvəti 3,5 milyard dollar azalıb.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyiməlumat yayıb.
Bildirilir ki, “Tesla”nın sahibi İlon Maskın gəliri 1,5 milyard dollar azalıb. Buna səbəb ABŞ-ın Birjalar və Qiymətli Kağızlar Federal Komissiyasının “Tesla”nı məhkəməyə verməsi olub. Komissiya Maskı öz Tvitter hesabıyla şirkətin səhmdarlarını aldatmaqda ittiham edib.
Feysbukun sahibi Mark Zukerberq isə 2 milyard dollar itirib.