|
Yeni Zelandiya və Avstraliya birləşməli, rəhbəri isə Yasinda Ardern olmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri Hollivud ulduzu Rassel Krou Tvitter hesabında jurnalist Conatan Qrinin Yeni Zelandiya və Avstraliyanın biləşməsi təklifinə dəstək olaraq yazıb.
“Bax, sadəcə qəbul et. O (Ardern) möhtəşəm insandır. Avstraliya və Yeni Zelandiyanı bir ölkəyə çevirib Yasinda Arderni də baş nazir etməyin zamanı gəlmədi?”, - aktyor Qrinə müraciətlə yazıb.
Qeyd edək ki, Yasinda Ardern hazırda Yeni Zelandiyanın baş naziridir.