Mövsümlə bağlı xəstəliklər yavaş-yavaş artmaqdadır.

Son günlər ölkədə burun axması, boğaz ağrısı, halsızlıq və hərarətin yüksəlməsi ilə müşayiət olunan virus epidemiyası yayılıb. Mütəxəssislərin rəyinə görə, xəstəlik qripə bənzəsə də, qrip virusu deyil.

Respublikanın baş infeksionisti Cəlal İsayev həmin virusun yayılmasının havanın dəyişkənliyi ilə bağlı olduğunu deyib:

“Qrip virusları zamanı xəstəlik adətən daha ağır keçir, ilk günlər intoksikasiya əlamətləri olur, sonradan zökəm əlamətləri də qoşulur. Bu xəstəlikdə isə zökəmlə intoksikasiya əlamətləri eyni vaxtda başlayır və ağırlığı ilə nəzərə çarpmır”.

Həkim bildirib ki, xəstəlik yüngül keçdiyi üçün virusa yoluxanlar ev şəraitində müalicə olunaraq 2-3 günə sağalırlar. O, bu cür infeksiyalara yoluxmamaq üçün güclü immunitetə malik olmağın vacibliyini bildirib:

“Bu isə daha çox qidalanmadan asılıdır. Daha çox zəif immunitetə malik olanlar belə viruslar zamanı daha tez xəstəliyə yoluxurlar”.

Bəs mövsümün ilk xəstəliyinə yoluxmamaq, xüsusilə uşaqları bundan qorumaq üçün nələr edilməlidir?

Pediatr Vaqif Qarayev Axar.az-a açıqlamasında belə mövsümü xəstəliklərdən xüsusilə uşaqları qorumaq üçün görülməsi vacib olan tədbirlər barədə məlumat verib. Pediatr bildirib ki, virus infeksiyalarından qorunmaq üçün ilk növbədə əllər təmiz olmalıdır:

“Əlləri tez-tez yumaq vacibdir. Xüsusilə ictimai nəqliyyatdan istifadə edib evə gələndə. Qoruyucu maskalardan istifadə edilməsini də xüsusi vurğulamalıyam. Uşaqları isə belə viruslardan xüsusilə qorumaq lazımdır. Valideylər uşaqların da əlini tez-tez yumalıdır. Hava imkan verdikcə təmiz havada çox olmalıdır uşaqlar. Çox isti geyindirmək, uşağın ağız-burnunu bağlamaq olmaz. Bu, usağı qorumur, əksinə, zəiflədir. Uşaqları insanların sıx toplaşdığı məkanlara aparmamaq məsləhətdir.

Uşaqlar bol maye və meyvə-tərəvəz qəbul etməlidir”.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti