|
Südəmər körpə müxtəlif virus xəstəliklərinə yoluxubsa, vaxtında müdaxilə etmək lazımdır.
Axar.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev Səhiyyə Nazirliyinin mövsüm xəstəliklərinə qarşı əksepidemik tədbirlərlə bağlı əmr imzalaması ilə bağlı danışarkən bildirib. Pediatr bildirib ki, müxtəlif virus xəstəlikləri südəmər uşaqlarda gedişatı ilə fərqlənir:
“Vaxtında müdaxilə olunmazsa, xoşagəlməz ağırlaşmalar qaçılmaz olur. Ona görə bu yaşda uşaqlarda narahatlıq hiss edərsinizsə, mütləq həkimə müraciət edin. Ən pis halda əgər həkim əlçatan deyilsə, hərarətsalıcıların birdəfəlik dozasını verə bilərsiniz. Başqa heç nə! Körpə uşaqlara türkəçarə etməyin! Bir çox hallarda apteklər qızdırma dərmanı kimi antibiotiklər təklif edirlər, qətiyyən olmaz. Həkimin göstərişi olmadan antibiotiklərdən istifadə etməyin. Sonra əlavə problemlər yaranır”.