|
Rejissor Cavad Nur “Təxəyyül” qısametrajlı filmi IX “START” Gənclərin Beynəlxalq Film Festivalına təqdim edilib.
Bu barədə Kult.az-a Cavad Nur məlumat verib. O, filmin Rövşən Danyerinin eyniadlı hekayəsi əsasında çəkildiyini bildirib.
"Film yazıçının obrazları ilə üz-üzə dayanmasından bəhs edir. Kitabın qəhramanı ölümdən xilas olmaq üçün yazıçı ilə görüşür və hadisələrin gedişatı bundan sonra daha qarmaqarışıq hal alır", - Cavad Nur film haqqında deyib.
Qeyd edək ki, “Təxəyyül” qısametrajlı bədii filmi absurd-komediya janrındadır. Filmdə rolları Kamal Yaşar, Elnur Rzayev, Pərvin Dadaşova, Nuridə Musabəyli canlandırıblar.