|
Evinin krediti üçün pul yığan əməkdar artist Tünzalə Əliyeva internetdən istifadə etməkdən imtina edib.
Teleqraf.com-un məlumatına görə, ifaçı bu barədə “Səhər-səhər” verilişində danışıb:
“Sentyabrın 13-dən sonra internet işlətmirəm, bağladım. Heç yerə girmirəm, izləmirəm. Nə Arif Quliyevlə bağlı çıxan xəbəri oxudum, nə də Xatirə İslamın yazdıqlarını. Arif müəllimə inanıram, etməz. Verilişdən sonra gedib ailəmlə vaxt keçirirəm. Xatirə isə nə deyibsə, sağ olsun”.
Qeyd edək ki, xalq artisti Arif Quliyevin şirkətlərdən Tünzalə üçün pul yığması haqda xəbər yayılmışdı. Daha sonra müğənni Xatirə İslam Tünzalənin səhhəti üçün yığdığnı, ev problemindən xəbərsiz olduğunu söyləmişdi.